Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi yenidən aktuallaşıb. İstiliklərin artması sərnişinlər və sürücülər arasında mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə kondisioner qoşulması ilə bağlı müzakirələr aparılır.
Avtosfer.az xəbər verir ki, sərnişinlərin taksi xidməti zamanı üzləşdikləri müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə ödəniş tələb edilməsi halları ilə bağlı məsələyə aydınlıq gətirmək üçün AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Mətbuat Xidməti ilə əlaqə saxlanıb.
Rəsmi qurumdan verilən məlumata əsasə, yaşanan problemlə bağlı sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur. Həmçinin bildirilib ki, müraciət zamanı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qeyd edilməsi vacibdir.
“AYNA tərəfindən daxil olan şikayətlər araşdırılır və xidmət keyfiyyətini aşağı salan, qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür. “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, müəyyən olunmuş tələblərə əməl etməyən sürücülərin icazələri isə qanunvericiliyə uyğun şəkildə ləğv olunur, -deyə qurumdan əlavə edilib”. (Modern.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












