"Koreya avtomobillərinin Çində istehsal olunan saxta hissələri ölkəmizə gətirilir" - XƏBƏRDARLIQ

"Postsovet ölkələrində Çin mallarına böyük inamsızlıq var. Yaxın 10 ildə Azərbaycanda böyük Çin avtomobilləri qəbiristanlığı əmələ gələcək. Dövlət bir yandan ekologiyanın qorunması üçün işlər aparır, digər yandan ekologiyanı ciddi şəkildə çirkləndirən "akkumulyatorla" işləyən avtomobillər idxal olunur. Hələki ehtiyat hissələri çatışmazlığı və bahalığına görə şikayətlər var. Azad İstehsalçılar Birliyinə telefon zəngləri şəklində şikayət gəlir". Avtosfer.az xəbər verir ki, bu fikirləri "demokrat.az"a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O bildirib ki, əgər bir şirkət bazara girirsə, onun ölkənin hər yerinə bölüşdürülən servis xidməti olmalıdır:
"Çin avtomobillərinin servis mərkəzləri əlçatan olmalıdır. Araşdırmalarımız göstərir ki, hətta Koreya avtomobillərinin Çində istehsal olunan saxta hissələri ölkəmizə gətirilir. Çində də Azad İstehsalçılar Birliyi kimi təşkilat var. Onlar bildirir ki, hökumət belə malların istehsalını qadağan etmir. Bu yaxınlarda bir vətəndaş şikayət etdi ki, Çin istehsalı avtomobili alıb və 1 ildən sonra ön qapılarının rəngi dəyişib. Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 1 aydan çoxdur ki, şikayət göndərsək də, məsələ həll olunmayıb. Vətəndaş avtomibili dəyişdirmək və ya qiymətinin aşağı salınmasını tələb edir. Bu kimi hallar hətta rəsmi distrübütordan alınan zaman da ortaya çıxır".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










