Küçələri zəbt edən sahibsiz avtomobillər: Yol kənarına atırlar, nömrələri də açırlar

Bakının mərkəzi küçələrində təkərsiz, şüşəsi sınıq, toz basmış köhnə maşınlar tez-tez rastımıza çıxır. Hətta illərdir, eyni ərazidə sahibsiz buraxılan bu cür maşınlar şəhərin görüntüsünə xələl gətirməklə yanaşı yol kənarını zəbt etdiyi üçün sürücülərin rahat şəkildə avtomobillərini park etmələrinə əngəl törədir. Bəs görəsən, aidiyyatı qurumlar bu məsələni niyə hələ də diqqətdən kənarda saxlayıblar?
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, küçələrdə sahibsiz buraxılan maşınların hər biri yararsız nəqliyyat vasitələridir.

“Bunların yol kənarına atılması düzgün deyil. Sahibləri vaxtında yol kənarından götürsə, yaxşı olar. Əks halda, utilizasiya ilə bağlı qanun qəbul olunub. Məndə olan məlumata görə, bir müddət sonra utilizasiya məcburi olacaq. Bu cür maşınlar harada varsa, yığıb aparacaqlar, sahibini dəvət edəcəklər. Bu cür nəqliyyat vasitələrinin sahibləri ya gəlib imtina ərizəsi yazmalıdırlar ki, istəmirlər, ya da aparıb metalloma təhvil verməlidirlər. Vaxtında küçələrdən götürsələr, daha yaxşı olar. Həqiqətən də çox xoş olmayan bir mənzərədir. Yol kənarına atırlar, nömrələri də açırlar. Mişar daşlarının üzərində sanki maşın qəbiristanlığı düzəldirlər. Bakının bir çox yerlərində, məhəllədaxili yollarda, küçələrdə belə hallara, çox təəssüf ki, rast gəlirik. Hər bir halda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin ərazilərdə xidmət göstərirlər və xidmət zamanı belə maşınları görürlər. Yaxşı olar ki, polislər xidməti ərazilərdə belə hallarla rastlaşanda aidiyyəti üzrə tədbirlər görsünlər...”, - ekspert bildirib.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











