Kürdə suyun səviyyəsinin artması ətraf rayonlara necə təsir edəcək? - AÇIQLAMA

Kürdə suyun səviyyəsi artıb. Bunun səbəbi isə son günlər havaların qeyri-sabit keçməsidir. Mütəxəssislər yağışlı hava şəraitinin çayın aşağı axınına ciddi təsir göstərdiyini qeyd edirlər.
Avtosfer.az xəbər verir ki, təkcə son 10 gün ərzində Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,5 metrə qədər yüksəlib. Prosesin davam etməsi və çayda artımın stabil tempi yaxın vaxtlarda qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
Bəs suyun səviyyəsinin artımı ətraf rayonlarda su problemi olan ərazilərə nə kimi təsir edəcək?
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin baş məsləhətçisi Sarvan Ağayev açıqlamasında bildirib ki, əvvəlki illərdə iqlim dəyişikliyi ilə əlaqədar havaların isti və quraq keçməsi nəticəsində anbarlarda su ehtiyatı azalıb:
"Artıq son iki ildir ki, havaları yağışlı keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb və su anbarlarına toplanan sularda da kifayət qədər artım müşahidə olunur. Təkcə Mingəçevir su anbarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard kubmetrdən artıq su ehtiyatı toplanıb. Hazırda əkin sahələrinin suvarma mövsümü olduğu nəzərə alınaraq, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun da həcmi artırılıb.
Mingəçevir su anbarından Kür çayına saniyədə 360 kubmetr su buraxılır ki, bu da anbardan aşağı hissədə Kür çayından qidalanan rayonlardakı əkin sahələrinin su təminatına müsbət təsir edir. Mingəçevir su anbarından aşağı hissədə Kür çayı üzərində 252 ədəd nasos stansiya yerləşir, bu da 13 rayonun əkin sahələrini suvarma suyu ilə təmin edir".
(oxu.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












