M8 nömrəli marşrutda avtobusların interval problem ilə bağlı AYNA-dan AÇIQLAMA

Metronun "Gənclik" stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 nömrəli xəttin avtobusları arasında uzun intervalların yaranması sərnişinlərin narazılığına səbəb olub. Bildirilib ki, marşrutun avtobusları arasında interval 20-25 dəqiqəyə çatır. "Hər gün yollarda bu qədər vaxt və əsəb itirməli oluruq. Xüsusən də günün pik saatlarında. Avtobuslar arasında bu qədər intervalın olması absurddur", - deyə şikayətçi bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov intervalın yoldakı sıxlıqla bağlı olduğunu diqqətə çatdırıb:

"Metronun "Gənclik" stansiyasını Maştağa qəsəbəsi ilə əlaqələndirən M8 marşrut xəttində gün ərzində 16 avtobus 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Heydər Əliyev prospekti və Sabunçu-Zabrat şosesində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda artım müşahidə edilir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












