"Maaşlardan vergi tutulması sahibkarlar və işçilər üçün yük yaradacaq" - Eldəniz Əmirov

Son dövrlərdə ölkədə vergi dərəcələrinin artırılması məsələsi gündəmə çıxıb. Vergi yükünün artması sahibkarlar, işçilər və ümumilikdə iqtisadi fəaliyyət üçün yeni reallıqlar yarada bilər.
Bəs bu dəyişikliklər ölkədə iş şəraitinə və əmək bazarına necə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirdi ki, məsələ hazırda işçilərin əmək haqqından tutulan verginin 2026-cı ilin yanvarın 1-dən bitməsindən sonra artıq yenidən bərpa olunması məsələsidir:
"Bunun da mərhələli şəkildə artırılması ilə bağlı qərar qəbul edilib və nəticədə qarşıdakı ildə 14%-lik gəlir vergisi qeyri-neft sektoru və qeyri-dövlət sektoru üzrə 2500 manata qədər əmək haqqı olanlar üçün cəmi 3% olacaq. 2500-dən sonrakı hissələrdə isə artıq 10%, daha sonra 8000-dən yuxarı 14% olacaq. Yəni bütün hallarda neft sektoru və dövlət sektoru ilə müqayisədə kifayət qədər aşağı vergi dərəcələri formalaşıb".
Onun sözlərinə görə, bu, həm sahibkarlıq subyektləri üçün, həm də işçilər üçün yük yaradır.
"Müəyyən hallarda isə işçinin sonda əlinə götürəcəyi tam vəsaitin azalmaması üçün bu 3-5%-lik göstəricilər sahibkarlar tərəfindən kompensasiya edilir. Amma bunun edilməsi ilə bağlı təbii ki, sahibkarın hər hansısa bir öhdəliyi yoxdur. Lakin peşəkar işçilərinin işdən uzaqlaşmaması üçün, həm də öz fəaliyyətlərinin daha doğru təmin olunması üçün sahibkarlıq subyektlərində məhz bu vergilərin kompensasiya edilməsi ilə bağlı əmək haqlarında müəyyən artımların edilməsi gözləniləndir", - deyə Eldəniz Əmirov vurğuladı.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










