Maşın alverçilərinin fırıldağı – Pensiya ala bilməyəcəksiniz

Avtomobil satışı ilə məşğul olan bəzi işbazlar ayrı-ayrı vətəndaşlardan istifadə edərək Çindən maşın gətirir.
Əslində ildə 2 dəfədən artıq maşın sifariş etmək olmaz. Maşın alverçiləri isə vətəndaşlara 50-100 azn verərək onların adına maşın sifariş edir.
Zaman-zaman sosial yardım almaq istəyən vətəndaşların bəzən xəbəri belə olmadan sənədyığma prosesində məlum olur ki, adında maşın var. Gələckdə pensiya, yardım paketi və s. dövlət yardımı almaq istədikdə, adınızda bu qədər maşın çıxdığı üçün bu yardımlardan məhrum ediləcəksiniz, vergi problemləri yaşayacaqsınız.
Xatırladaq ki, belə hallar karantin vaxtı tətbiq edilən, dövlət tərəfindən verilən yardım prosesində də baş vermişdi. Bəzi vətndaşların xəbəri belə olmadan onların adına maşın alınır, bəziləri isə 5-10 manat şirinliyə aldanıb adlarına maşın gətirilməsinə razı olur.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Tribunainfo"ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, əvvəla biz tövsiyyə edirik ki, vətəndaşlar bu məsələdə ayıq-sayıq və diqqətli olsunlar.
Ekspertin sözlərinə görə, problemi həll etmək üçün bu avtomobillərin alqı-satqı sistemini notarial qaydada həyəta keçirilməsinin vacibliyi belə problemlərin qarşısını ala bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













