Maşını olanla olmayanın gündəlik xərci nə qədərdir? - TƏHLİL

Ölkəmizdə ictimai nəqliyyat (avtobuslar, metro və s.) yalnız şəxsi avtomobili olmayanların nəqliyyatı sayılır. Bu çox yanlış, zərərli və hətta təhlükəli yanaşmadır. Məsələn, Keşlə qəsəbəsində yaşayan və Milli Elmlər Akademiyası tərəfdə işləyən şəxs indi istifadə olunan orta avtomobillə 4 dəfə işə gedib-gələndə 10 manatlıq benzin yandırır. Bunun üzərinə avtomobilə qulluqla bağlı dövri işlərin xərci kimi 1-2 manat da əlavə etmək lazımdır. Həmin adam işə avtobus, daha sonra metro ilə gəlib-getsə, 4 dəfəyə cəmi 3,2 manat xərcləyəcək. Yəni ictimai nəqliyyatla hərəkət təxminən 3-4 dəfə ucuz başa gəlir. Bu izafi xərclə bərabər maşın sürməyin yaratdığı stres və gərginliyi, parklanma problemini və s. də nəzərə alanda ictimai nəqliyyatın faydası daha aydın görünür. Elə buna görə də dünyanın inkişaf etmiş ölkələrində bir neçə avtomobili olan şəxslərin də ictimai nəqliyyatdan mütəmadi istifadə etməsi adi haldır.
Hesab etmək olar ki, ölkəmizdə təcili olaraq ictimai nəqliyyatın problemlərini köklü şəkildə həll etmək lazımdır. Bu xidmətin səviyyəsini elə etmək lazımdır ki, hər kəs ictimai nəqliyyatdan ləzzət alsın. Həm də təbliğat aparmaq lazımdır ki, avtomobil sahiblərinin də ictimai nəqliyyatdan istifadəsi heç bir əskiklik-filan deyil. Əksinə, bu, bir mədəniyyətdir...
Ərşad Hüseynov,
hüquqşünas
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












