"Məcburi texniki baxışı ləğv etmək olmaz, çünki bizim sürücülər…” - AÇIQLAMA

“Azərbaycanda avtomobillərə texniki baxışın ləğv edilməsinin zamanı gəlməyib”.
Konkret.az-a açıqlamasında bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı Rusiya Dövlət Duması tərəfindən qonşu ölkədə məcburi texniki baxışın ləğv olunması qərarını şərh edərkən söyləyib.
O, öz mövqeyini ölkəmizdəki avtomobil parkının böyük hissəsinin köhnə maşınlardan ibarət olması və sürücülərin əksəriyyətinin məsuliyyətsizliyi ilə izah edib.
“İnanın ki, əgər məcburi texniki baxış ləğv edilərsə, əksər sürücülər avtomobillərə qulluq edilməsini kənara qoyacaqlar. Sürücülərin əksəriyyəti yalnız məcburi texniki baxış ərəfəsində maşınlarının sıradan çıxmış hissələrini təmir etdirirlər”.
Ekspert hesab edir ki, məcburi texniki baxış ölkədə avtomobil parkının tam yenilənməsindən sonra ləğv oluna bilər:
“Azərbaycanda “Avtomobillərin utilizasiyası haqqında” qərar yeni qəbul edilib. Utilizasiya prosesinin həyata keçirilməsində məcburi texniki baxış böyük rol oynayacaq”.
Qeyd edək ki, ötən ilin sonunda Rusiyada qəbul olunan qanuna əsasən, avtomobillərin məcburi texniki baxışı ləğv edilib. Məcburi texniki baxış ancaq avtomobilin sahibi dəyişdiyi, o da ki maşın yeni olmadıqda tətbiq ediləcək.
Azərbaycanda isə yaşı dörd ildən yuxarı olan avtomobillər üçün texniki baxış məcburidir. Avtomobilin istehsalından 10 il keçdikdən sonra texniki baxışdan iki ildə bir, sonra isə hər il keçmək lazımdır. Bundan əlavə, 2021-ci ilin noyabrından Azərbaycanda avtomobilin mühərrikinin həcmindən asılı olaraq texniki baxışdan keçməyə görə dövlət rüsumunun həcmi artırılıb.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










