“Mehdiyev qapıma gəldi, istədiyini vermədim, düşmən olduq” - ŞOK AÇIQLAMA

Ramiz Mehdiyev mənə ən müxtəlif vasitələrlə təzyiq göstərirdi, ancaq sonra özü bəlaya gəldi. Zakir Qaralov, Rüstəm Usubov həmin vaxt birbaşa Ramiz Mehdiyevin göstərişi ilə mənim boynuma 8 ölüm işi qoymuşdular. Müstəntiq Arzu Quliyev deyirdi ki, sənin işini bitirib həbsxanaya göndərəcəyəm, Zakir Qaralov mənə söz verib. Dedim ki, məni buraxacaqlar, səni isə işdən çıxaracaqlar. Elə də oldu. Mənim barəmdə 5 maddə ilə cinayət işi qaldırmışdılar”. Avtosfer.az xəbər verir ki, bunu sabiq deputat Hacı Qalib Salahzadə "Musavat.com"a deyib.
O, oğlunun Ramiz Mehdiyev tərəfindən həbs etdirildiyini də vurğulayıb:
“Ramiz Mehdiyev Qurban bayramı günü adam göndərib, kirayədə yaşayan kiçik oğlum Əlihüseyni evdən çıxarıb. Əvvəlcə anasını təhdid ediblər, sonra oğluma yumruq vurublar ki, 60 manat “supulu” borcunuz var. Qurban bayramı günü oğlumu Ramiz Mehdiyev həbs etdirib. Ramiz Mehdiyevin Prezident Administrasiyasında işə götürdüyü xadiməni belə qovmaq lazımdır. Çay paylayan adamı icra başçısı qoyub. Mən bu günü gözləyirdim. Cənab Prezidentin müharibəyə başı qarışmışdı, bunlar da əl-qol açmışdılar. Cənab Prezidentin çörəyini yeyib, Prezident bunun üçün nə istəsən, edib… Ramiz isə altdan-altdan xəyanət edib. Ramiz Mehdiyev mənimlə elə danışırdı, elə bil, ölkənin rəhbəridir. Sonra parlamentdəki qohumlarından biri yaxınlaşdı ki, səni kişinin yanına aparım. Bəyəm bunlar bilmirlər ki, mən kiməm, qabiliyyətim nəyə çatır? Ramiz Mehdiyevlə heç vaxt görüşməmişəm. Həyatımda iki dəfə Mehdiyevi görmüşəm. Özü qapıma gəldi, Bilgəhdəki torpaqlardan istədi, mən vermədim. Elə buna görə 1994-cü ildən mənimlə düşmən olub. Zakir Qaralova da torpaq vermədim. Hasarlamışdı, sökdüm”.

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










