Metro bağlı, avtobus işləmir, taksini də bağladıq, bəs sonra? – Ekspert

“Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonları taksi fəaliyyətini də qadağan etməsi çox gülüncdür". Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, polis, prokurorluq, hərbi sahə, kommunal sahə, zəruri ehtiyac obyektləri, marketlər, apteklər və jurnalistlər işləyəcək. “Axı bu qərarı qəbul edənlər niyə anlamır ki, bu sahədə çalışanların hamısının şəxsi avtomobili yoxdur? Məgər bütün polislərin maşını var? Bütün jurnalistlərin maşını var? Metro bağlı, avtobus işləmir, taksini də bağladıq. Bəs sonra? Bu camaat necə olacaq?”.
Elməddin Muradlı bidirib ki, üzərində hansısa taksi şirkətinin emblemini gəzdirən taksi sürücüsü tutaq ki, həftə sonu ailəsini harasa aparsa tutub cərimə yazacaqlar? “Axı bunun hüquqi forması da yoxdur. Yol polisi bütün maşınları saxlayıb yoxlamalıdır ki, görsün taksidir ya yox? Vallah çox biabırçı qərardır. Təsəvvür edin ki, sizi təyyarədə girov götürürlər. Sonra isə azad edirlər və təyyarədən yerə atırlar ki, get yaşa. Amma paraşüt vermirlər. Bizim Operativ Qərargahın qərarı da təxminən buna bənzəyir.
Onsuz da taksi sürücüləri hansısa yolla işləyəcək. Kiminsə də onları saxlayıb yoxlaması, hansısa cərimə yazması mümkün deyil. O zaman nəyə lazım idi bu mənasız qərar?”.
Orxan
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










