Metroda gediş haqqını bank kartı ilə ödəmək nə dərəcədə təhlükəsizdir? - AÇIQLAMA

"Bakı Metropolitenində NFC, “Apple Pay” və “Google Pay” ilə ödənişlərin tətbiqi ölkəmizdə ictimai nəqliyyatda rəqəmsal transformasiyanın mühüm mərhələsidir. Bu sistemin uğurlu və etibarlı fəaliyyəti üçün əsas məsələ təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri "Redaktor.az"a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Bakı metrosunda NFC, “Apple Pay” və “Google Pay” ilə ödəniş zamanı təhlükəsizliyin necə həyata keçirilməli olduğundan danışarkən bildirdi.
Onun sözlərinə görə, ödəniş infrastrukturunda beynəlxalq EMV və PCI-DSS standartlarına, eləcə də tokenizasiya və end-to-end şifrələmə mexanizmlərinə əsaslanmaq vacibdir:

"Bununla yanaşı, real vaxt rejimində əməliyyat monitorinqi, offline işləmə zamanı risk nəzarəti, məlumatların qorunması və müntəzəm kiberauditlər sistemi daim izlənməlidir. İstifadəçi məlumatları Metropoliten tərəfindən saxlanmamalı, yalnız bank sistemləri çərçivəsində emal olunmalıdır. Ümumilikdə, bu layihə təkcə rahat ödəniş imkanı deyil, həm də rəqəmsal etimadın formalaşması baxımından əhəmiyyətlidir və düzgün tənzimləmə mexanizmləri ilə ölkəmizdə ictimai nəqliyyatın tam rəqəmsallaşmasına mühüm töhfə verə bilər".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












