Metroda köklü islahatlara ehtiyac var - Ekspert

Paytaxt sakinləri metrodakı havasızlıqdan, istidən də gileyləniblər. Son vaxtlar metroda tez-tez səhhəti pisləşən sərnişinlərə rast gəlinir. Metropoliten üçün yeni kondisionerli qatarlar alınır, yenidənqurma işləri aparılır. Bəs vaqonlarda sərinlik yaradan kondisionerli qatarlar stansiyalarda havasızlığa səbəb ola bilərmi? Bu və digər suallarla nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.
Ekspert ucnoqta.az-a bildirdi ki, metroda havalandırma sistemi ilə bağlı hər şey yüksək səviyyədədir demək olmaz.
"Çünki problemlər var. Bunun da məsuliyyəti metronun köhnə rəhbərliyinin üzərindədir. Tağı Əhmədov Metronun inkişafı üçün ciddi işlər görməyib. Bir adam ki, bir gecədə Akif Çovdarova 3 milyon çatdırıb, o, metro inkişaf etməyəcək".
Ekspert vurğulayıb ki, ümumiyyətlə metroda havalandırma çox ciddi məsələdir:
"Havasızlıq vətəndaşlarda ciddi problemlər yaradır və metroya qarşı inamsızlıq yaranır. Biz insanları ictimai nəqliyyata qaytarmaq üçün çalışdığımız dövrdə belə vəziyyətin yaranması arzuolunan deyil. Metroda ciddi islahatlara ehtiyac var. Təəssüf ki, Azərbaycanın müstəqllik dövründə 30 ildə metro stansiyalarının sayı 30-a çatmayıb. Belə zəif inkişaf digər heç bir sahədə yoxdur. Metronun inkişafı strateji məsələ kimi qarşıya qoyulub məşğul olunmalıdır. Metro ictimai nəqliyyatın həm təhlükəsiz həm də daha rahat növüdür. Metronun inkişfı ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










