Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi?

Bakı Sumqayıt magistral yolunda avtobus zolağları çəkildikdən sonra, yollarda hərəkət edən avtobusların sayında artım müşahidə olunur.
Lakin bəzi mikroavtobus sürücüləri sə avtobus zolağına daxil olmur. Buna səbəb olaraq sürücülər bildirir ki, onlara cərimə protokolu tərtib edilir.
Lakin mövcud qanunvericiliyə uyğun olaraq avtobus zolağına texniki baxışdan avtobus olaraq qeydiyyatdan keçmiş sürücülər daxil ola bilər.
Sözügedən məsələ ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında deyib ki, Bakı şəhəri ərazisində çəkilən avtobus zolaqları ictimai nəqliyyat üçün nəzərdə tutulub:

"Bu zolaqla yalnız ictimai nəqliyyat seqmentinə daxil olan avtobus hərəkət edə bilər. Lakin həmin avtobusların üzərində mütləq fərqləndirici nişanlar olmalıdır. Şəhərlərarası və yaxud turistik, o cümlədən də digər mikroavtobuslar da avtobus zolaqlarına daxil ola bilməzlər”.
Ekspert qeyd edib ki, hazırda avtobus zolaqları ilə bağlı yeni təkliflər var:
"Təkliflər paketində qeyd olunur ki, mövcud olan avtobus zolaqları ilə taksilər daxil, digər mikroavtobuslar da hərəkət edə bilsinlər. Amma bunun üçün bir qədər vaxt lazımdır. Müəyyən dövrdən sonra taksi fəaliyyəti tam leqallaşmalıdır, yeni qərarlar əsasında formalaşmalıdır, taksilərin üzərində fərqləndirici nişanlar olmalıdır.
Əgər ictimai nəqliyyatda çalışan mikroavtobus varsa, onun da üzərində fərqləndirici nişanlar olmalıdır ki, onlar cərimə olunmasın. Hələlik bele bir fərqləndirici nişanlar olmadığı üçün nə mikroavtobuslar, nə də taksilər həmin zolağa daxil ola bilməzlər".
(cebhe.info)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












