Millət vəkili velosipedçilərin problemlərindən yazdı

Dünyanın, xüsusilə də Avropanın bir çox iri şəhərində velosiped nəqliyyat vasitəsidir. Velosipedin məhz nəqliyyat vasitəsi kimi istifadəsi hər mənada sərfəlidir - ekoloji cəhətdən təmizdir, insanların sağlamlığına müsbət təsir göstərir, infrastrukturu ucuz başa gəlir, tıxacların və hərəkət sıxlığının aradan qaldırılması üçün də ən effektiv alternativlərdən biridir. Buna görə, dünyanın iri şəhərlərində velomədəniyyət gündən günə populyarlaşır.
Əminəm ki, Bakının mərkəzində nəqliyyat hərəkətinin sıxlığını nəzərə alaraq, bu sıxlığın aradan qaldırılması, ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə alternativ nəqliyyat vasitəsi kimi, velosiped infrastrukturunun (velosiped zolaqları, müvafiq nişanlanma, velosiped dayanacaqları və s.) yaradılmasının tam zamanıdır. Əlbəttə, bu uzunmüddətli, böyük bir layihədir və insfrastrukturun yaradılması ilə yanaşı vətəndaşların və avtomobil sürücülərinin maarifləndirilməsinə də ehtiyac var, bu isə zaman tələb edəcək.
Amma, Bulvar ərazisindən başlamaq ən məntiqi bir yoldur. Bakı sakinlərinin ən sevimli istirahət məkanlarından biri olan Bakı Bulvarının uzunluğu 16 km olmaqla, Bakı Ağ Şəhər Bulvarından Bayıl bulvarının sonunadək olan ərazini əhatə edir. Son illər, Bulvarda velosiped sürənlərin sayı gündən günə çoxalır, amma vətəndaşlarımız üçün bu daha çox əyləncədir. Digər tərəfdən, Bulvarın ancaq bir hissəsində velosipedlərin sərbəst hərəkəti üçün yer ayrılıb. Hazırda velosipedçilərin sayı artdıqca, onların üzləşdiyi problem artır, onları bəzən saxlayırlar, bəzən onlar piyadalara mane olur, yəni bu sahədə tənzimləmə olmalıdır.
Mən bununla bağlı Bakı Bulvar İdarəsinə sorğumu yönləndirmişəm və yaxın aylar ərzində aidiyyatı olan qurumlarla bu mövzunun müzakirəsini planlaşdırıram.
Nigar Arpadarai
Millət vəkili
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











