Mingəçevirdə sahibsiz itlər məktəblilərə hücum edir - FOTO

Mingəçevirdə məktəbin həyətində məskunlaşan sahibsiz itlər şagirdləri narahat edir.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, belə hal Mingəçevir şəhər 17 saylı orta məktəbin həyətyanı sahəsində və ona bitişik küçələrdə yaşanır.
Belə ki, ötən gün dərsdən çıxan adıçəkilən məktəbin 3-cü sinif şagirdi A.Qasımova sahibsiz itlərin hücumundan ətrafdakıların köməyilə qurtulub. Bu hadisə həyəcan və təşvişdən ürəyi gedən azyaşlının ailəsində ikinci dəfədir yaşanır. Bir ay əvvəl birinci sinifdə oxuyan qardaşı A.Qasımov da itlərin anoloji hücuma məruz qalıb. Ərazidə yaşayan sakinlər, digər şagird və valideynlər də gündəlik bu kimi hadisələrin həyəcanı içində olduqlarını deyirlər.
Onlar bildirir ki, məktəbin ərazisində məskunlaşan sahibsiz itlər nəinki dərsə gedən uşaqlara, hətta özlərinə hücum edirlər. Dəfələrlə yaralananlar olub. Valideyin və uşaqlar aidiyyəti qurumlardan ərazidəki sahibsiz itlərin götürülməsini istəyir.




Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












