MİDA-nın tikdiyi mənzildən şikayət - "Yağış yağanda damır" – FOTO - VİDEO

Füzuli sakini İlqar Ramizoğlu yeni köçdüyü mənzilin şəraitindən narazıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Unikal”a müraciət edən sakin MİDA tərəfindən inşa edilən mənzilin yağışlı havada damdığını, divarlarında suvağın töküldüyünü bildirib.
İ.Ramizoğlu Füzuli şəhəri, 32-ci bina, 721-ci mənzildə bir ildir yaşadığını və az qala, hər ay bu problemlə üzləşdiklərini deyir:
“Bir ildir bu evə köçmüşük. Əziyyət çəkirik. Rəsmi olaraq Füzuli nümayəndəliyinə müraciət etmişik. Nümayəndəlikdən adam göndərilir, baxırlar, düzəldirlər, amma sonra yenə eyni şey olur. Ustalar bir ildir gəlib düzəldirlər yenə həmin vəziyyətdir. Aprel ayından bu əziyyəti çəkirik”.
Sakinin sözlərinə görə, analoji problem binadakı digər mənzillərdə də var:
“Yan qonşumda da bu problem yaşanır. Sadəcə olaraq, bu hal mənim mənzilimdə bütün otaqlarda var. Yağış yağan kimi ev damır. İki gündür yağış yağır, mebellər – divan-kreslo hamısı sudur. Bu yaşamaq deyil. Çox əziyyət çəkirik. Altımərtəbəli binanın 5-ci mərtəbəsindəyik. Üst qonşunun balkonundan da su tökülür. Gəlib düzəldirlər heç nə yoxdur. Hazırda istəyirəm ki, evim dəyişdirilsin, bu, düzələn bir iş deyil. Köçdüyümüz aprel ayından bu əziyyəti çəkirik. Təzə bina olmasına baxmayaraq, tövlə vəziyyətində yaşayırıq. Biz apreldə köçəndə yağış yağmadığına görə, bu problemi bilmirdik. İstəyirəm bu məsələyə səhlənkar yanaşılmasın”.


.jpeg)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












