Moped və motosikletlə "qəhrəmanlıq" edənlər - Qəza törədir, ziyan vurur...

Son zamanlar yollarda baş verən qəzaların bir çoxu moped, motosiklet, skuter və digər nəqliyyat vasitələrinin payına düşür. İstər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə bu istiqamətdə müxtəlif fikirlər formalaşır. Bəzi şəxslər sosial şəbəkələrdə mopedlə qayda pozaraq, bu hərəkətləri qeydə alır və paylaşırlar. Onlar bununla sanki "qəhrəmanlıq" etdiklərini düşünürlər. Hətta bu istiqamətə maraq o qədər artıb ki, bəzi işbazlar bundan istifadə edərək özlərinə reklam yaratmağa çalışırlar. Məhz bu tipli halların artması yollarda qəzalara və ölüm hadisələrinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, tanınmış nəqliyyat eksperti Elməddin Muradlı “Baku.ws”ə açıqlamasında bildirdi ki, motosiklet və moped sürücülərinin iştirakı ilə nəticələnən yol nəqliyyat hadisələrinə nəzər saldıqda, vəziyyətin heç də ürəkaçan olmadığını görürük:
"Bu tipli qəzaların sayı artır. Çox təəssüf ki, bəziləri düşünürlər ki, əgər mopedin, motosikletin nömrəsi yoxdursa, yaxud gizlədilirsə, yollarda istənilən hərəkəti etmək olar.
Onlar məsuliyyətdən yayınmağa çalışırlar. Bu da qayda pozuntularının sayını artırır. Düşünürəm ki, bu sahədə nəzarəti daha da gücləndirmək lazımdır. Eyni zamanda mopedlərin dövlət nömrə nişanı alması məsələsi gündəmdədir. Yəni mopedlər artıq nömrəsiz idarə edilməyəcək. Faktiki olaraq bu nəqliyyat vasitəsinin qeydiyyata alınmasına ehtiyac yaranıb. Çünki bir çox hallarda məsuliyyətsizlikdən qəza törədirlər, ətrafdakı insanlara zərər vururlar və hadisə yerindən qaçırlar. Sonra onları tapmaq çətin olur", - deyə Elməddin Muradlı bildirib.
Eksper deyir ki, bu azmış kimi bəzi şəxslər moped və motosikletlə qayda pozurlar, bu hərəkətləri çəkib sosial şəbəkələrdə paylaşırlar. Bu halların da qarşısı mütləq alınmalı və belə şəxslər cəzalandırılmalıdır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirdi ki, yol polisi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
"Təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara, görülən inzibati tədbirlərə bu tip nəqliyyat vasitəsi idarə edən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, həm özlərini, eyni zamanda, digər hərəkət iştirakçılarının həyatt və sağlamlıqlarını təhlükəyə atırlar. Bütün bunları nəzərə alaraq, həmin şəxslərdən tələbimiz ondan ibarətdir ki, qaydalara əməl etsinlər", - deyə qurum rəsmisi vurğulayıb.
Unutmaq olmaz ki, ani diqqətsizlik xoşagəlməz hadisələrə və ölümə səbəb ola bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












