Narkoman sürücülərlə bağlı DYP-yə yeni vəzifələr verildi

DYP müayinə nəticələrini dərhal kağız daşıyıcıda çap edə bilən alkotester və narkotesterdən istifadə etməli olacaq
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə sürücülərin sərxoşluq vəziyyətinin müəyyən edilməsinin yeni qaydaları təsdiq edilib. Avtosfer.az-ın məlumatına görə, yeni qaydalarda texnologiyaların inkişafı da nəzərə alınıb. Belə ki, bu qaydalar qəbul edilənədək DYP əməkdaşının yerində xüsusi texniki vasitənin köməyi ilə sürücünün yalnız alkoqol sərxoşluğunu müəyyən edə bilməsi nəzərdə tutulurdu. Narkoloji sərxoşluq isə yalnız tibb müəssisəsində həkim tərəfindən müəyyən edilə bilərdi. Hətta «Yol hərəkəti haqqında» Qanunun 84-cü maddəsində bu barədə birbaşa göstəriş də var. Yeni qaydalar isə narkoloji sərxoşluğun da DYP əməkdaşı tərəfindən yerində müəyyən edilə bilməsini nəzərdə tutur. Bu, son illərdə geniş tətbiq olunmağa başlamış narkotester adlanan xüsusi texniki vasitənin yaradılması hesabına mümkün olub. Narkotester insanın ağız suyunun (tüpürcəyin) müayinəsi yolu ilə onun orqanizmində narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir göstərən digər qadağan olunmuş vasitələrin olub-olmadığını müəyyənləşdirə bilir. Əvvəllər narkotester olmadığına görə DYP əməkdaşı yalnız alkoqol sərxoşluğunu yerində müəyyən edə bilərdi. Yeni qaydaların tətbiqindən sonra narkotik qəbul edənləri də yerində müəyyən etmək mümkün olacaq.
Yeni qaydaların başqa bir texnoloji yeniliyi DYP əməkdaşının yerində tətbiq etdiyi alkotester və narkotesterin göstəricilərinin kağız daşıyıcıda çap edilməsinin məcburi hesab edilməsidir. Bundan sonra DYP əməkdaşları yalnız müayinə nəticələrini dərhal kağız daşıyıcıda çap edə bilən alkotester və narkotesterdən istifadə etməlidirlər. Onlar hər bir müayinə halında müayinənin nəticəsini kağızda çap edərək müayinə edilən sürücüyə təqdim etməli, daha sonra onun surətini tərtib olunan protokola əlavə etməlidirlər. Müayinə nəticəsinin kağız daşıyıcıda əks olunması sürücülərin hüquqlarının təminatı sayıla bilər. Çünki həmin kağız daşıyıcıda orqanizmdə aşkar edilən sərxoşluq yaradan maddəyə dair məlumat, habelə alkoqolun müəyyən edilmiş dərəcəsi də göstərilməlidir.
Ərşad Hüseynov,
yol hərəkəti üzrə ekspert
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












