Nəqliyyat dayanır, insanlar əziyyət çəkir - Meqapolislər istidə altında boğulur

ABŞ-ın şimal-şərqində yerləşən iri şəhərlər iyunun 24-də anormal istilərin təsiri altına düşüb. Sinoptiklərə görə, bu çərşənbə axşamı, ötən həftənin sonundan bəri davam edən uzunmüddətli istilər dalğasının ən yüksək nöqtəsi olub. Temperaturun 25–26 iyun tarixlərində tədricən enəcəyi gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Vaşinqton və Boston şəhərlərində havanın temperaturu +38 °C-yə çata bilər – bu, əvvəlki maksimum göstəricidən 6 dərəcə yüksəkdir. Nyu-Yorkun Mərkəzi Parkında isə göstəricilər +37 °C-ə yüksələcək ki, bu da əvvəlki +35,5 °C rekordunu keçəcək. İstilik dalğası eyni zamanda Virciniya, Merilend, Pensilvaniya, Karolina və şimali Corciya ərazilərini də əhatə edir.
Nəqliyyat və turizm sahəsində çətinliklər
Şiddətli istilər səbəbindən:
* Sürətli qatarların hərəkətində məhdudiyyətlər tətbiq edilib – şirkətlər relslərin əyilmə riskinə görə qatarların sürətini azaldıblar;
* Vaşinqton Abidəsi kimi məşhur turistik məkanlar müvəqqəti bağlanıb;
* Tikinti şirkətləri əməkdaşlarını günvurmadan qorumaq üçün iş qrafiklərini dəyişməyə başlayıblar.
İqlim kənd təsərrüfatına da zərbə vurur
Yalnız ABŞ-da deyil, Kanadanın Saskaçevan əyalətində də anomal istilər və quraqlıq kanola və buğda əkinlərinə ciddi ziyan vurub. Gec yağan yağışlar artıq vəziyyəti dəyişə bilmir. Maraqlıdır ki, meşə yanğınlarından yaranan tüstü, müəyyən mənada bitkiləri yandırıcı günəşdən qismən qoruyub.
"İstilik qübbəsi" ölkəni bürüyüb
Mütəxəssislər qeyd edirlər ki, ölkə ərazisində havada yaranan "istilik qübbəsi” temperaturun yüksəlməsinə səbəb olub. Bu, yüksək atmosfer təzyiqi zonasıdır, hansı ki, sərin havanı bloklayır və gecələr belə temperaturun enməsinə imkan vermir. Sinoptiklər iyunun 27-si (cümə axşamı) Nyu-Yorkda havanın +29 °C-yə, 28-i (cümə günü) isə +24 °C-yə qədər enəcəyini proqnozlaşdırır – bu isə bölgə sakinləri üçün gözlənilən rahatlıq deməkdir (Qaynarinfo).
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












