Niyə avtomobilin aparıcı oxuna "dokatka" quraşdırmaq çox təhlükəlidir? - FOTO
Tipik vəziyyət: yolda ön təkərin deşilməsi. Siz "dokatka" ya da tam ölçülü ehtiyat təkər qoymusunuz, birdən avtomobil yan tərəfə yönəlməyə başladı, alətlər panelində isə xətalar yanmağa başladı. Avtosfer.az portalı bunun niyə baş verdiyini və nasazlığın səbəbinin nədən ibarət olduğunu izah edəcək. Tam ölçülü ehtiyat təkərinin quraşdırılması avtomobilin davranışına təsir etməməlidir. Bu nəzəriyyədədir. Amma praktikada bunun əksinə olur: avtomobili yan tərəfə çəkməyə başlayır.
Məsələ burasındadır ki, yük yerində olan "ehtiyat təkərlər" köhnəlmir, lakin əsas təkərlər belə aşınmaya məruz qalır. Nəticədə təkərlərin ölçüsü eyni olsa da, onların xarici diametri dəyişə bilər. Beləliklə, belə çıxır ki, düz sürdüyünüz zaman sükanı kiçik bir bucaqla çevirməlisiniz, əks halda avtomobili "aparacaq".
Belə də olur ki, əsas təkərləri 17 düymlük, ehtiyat təkəri isə 16 düymlük olan avtomobil alınıb. Aparıcı oxa birini qoysan, avtomobili "çəkməyə" başlayacaq, özü də necə.
Qeyd edək ki, bu ötürücü qutu üçün zərərlidir, çünki avtomobilin balansı pozulur. Üstəlik, bir çox elektron göstəricilər normal işləməməyə başlayır. Deyək ki, təkərlərin təzyiq sistemi, həm də elektron sabitləşdirmə sistemi. Bu vəziyyətdə elektronika düzgün işləməyə bilər, bu da öz növbəsində qəzaya səbəb ola bilər.
Növbəti vəziyyət. Bir çox avtomobillər ensiz "dokatka" ilə təchiz olunur. Belə bir təkərdəki təzyiq böyükdür - 4,5 bardan başlayır. Buna görə, onu aparıcı oxuna qoyaraq, sürücü istənilən halda avtomobilin "çəkilməsini" hiss edəcəkdir.
Daha bir misal. Bahalı avtomobillər istehsalçıları tez-tez yük yerinə təkərlə birgə gizlin sıxılmış "dokatka" yeləşdirirlər, hansı ki, sürücü ona kompressoru qoşduqdan sonra şişir. Belə həllər, deyək ki, Volkswagen Touareg-də var.
Aparıcı oxa belə bir təkər qoyaraq, ehtiyatlı olmağı unutmayın, çünki onun üzərində tam iz (protektor) yoxdur. Buna görə, yağışlı havalarda su planlama effekti yaranacaq və avtomobil kursunu, dəyişməyə başlayacaq.
Bu vəziyyətdə ideal həll - aparıcı oxa arxa oxdakı təkəri quraşdırmaq, "dokatka"nı isə arxaya quraşdırmaqdır. Bəzən bunu təkcə etmək çətin olur. Ona görə ən sadə məsləhət - ən yaxın təkər təmiri məntəqəsinə 50 km/saatdan çox olmayan bir sürətlə hərəkət etməkdir. Belə daha təhlükəsiz olacaq.
Natiq Nazimoğlu