Niyə yolda açıq "lyuk"u həmişə yandan keçməyə dəyməz? - MARAQLI FAKTLAR

Yazarlar 3 Aprel 2020 02:15 Oxunub 2582
Niyə yolda açıq "lyuk"u həmişə yandan keçməyə dəyməz? - MARAQLI FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə bir kəskin manevr qəzaya səbəb ola bilər, çox məşq etməlisiniz

Açıq lyuklar dərin çuxurlar kimi yollarımızda çox təəssüf ki, tez-tez rast gəlinir. İnternet dəhşətli videolarla doludur. Avtosfer.az portalı nəticələrini minimuma endirmək üçün belə bir vəziyyətdə nə etməli olduğunu izah edəcək.

Dərin çuxur və ya açıq lyuk həmişə gözlənilmədən sürücünün qarşısında "böyüyür". Əgər, təkərlər arasından bu "sürpriz"i ötürsən, avtomobilə zərər dəyməz. Hesab edin ki, yüngül ötüşdüz. Lakin bəzən vəziyyət arzu olunan kimi inkişaf etmir və istədiyimiz kimi yoldakı "pusqu"dan qaçmaq mümkün olmur. Belə hallarda nə etmək lazımdır? Kəskin əyləc etməyi tövsiyə etməzdik. Məsələ burasındadır ki, hərəkətın digər iştirakçıları sizin manevrinizə reaksiya verə bilməzlər. Və kimsə mütləq avtomobilinizi arxadan vuracaq.

Qəza əleyhinə idarəetməni xatırlaya bilərsiniz. Təkərin çuxurdan keçməsi üçün əyləc pedalına qısaca sıxmaq lazımdır. Beləliklə, avtomobilin ön oxu yüklənir, sonra isə qaz pedalını sıxın və sükan çarxını cəld yan tərəfə çevirin. Bu vəziyyətdə ön ox boşalır və təkər çuxur üzərindən uçur. Təəssüf ki, belə bir kəskin manevr qəzaya səbəb ola bilər. Bunu düzgün etmək üçün çox məşq etməlisiniz.

Buna görə də, hələ də avtomobil yarışçıları tərəfindən istifadə olunan sadə, dədə-baba tərzində hərəkət edirik: "yüksək sürət - az çuxur". Bir çuxur gördünüz - qazı sıxın. Unutmayın ki, avtomobil nə qədər yavaş hərəkət etsə, təkərin açıq lyuka düşməsi ehtimalı daha yüksəkdir. Sürətdə isə yalnız yoldakı çuxurdan uçacaq. Qeyd edək ki, lyukun dairəvi boynunun çuqun kənarı tez-tez asfaltın üstünə qalxır. Bu vəziyyətdə o, tramplin rolunu oynayacaq.

Ancaq qabaqda kəskin kənarları olan bir çuxur varsa, yuxarıda qeyd olunanı etməklə təkərləri partlada, diskləri isə sıradan çıxarda bilərsiniz. Sükanla cəld hərəkət etməlisiniz, deyək ki, sağa. Bu vəziyyətdə, sağ tərəfdəki təkərlər yüklənəcək, sol tərəfdəkilər isə "boşalacaq". Yəni bir az sadələşdirilmiş qəza əleyhinə yükləmə-boşaltma texnikasından istifadə edirik.

Daha təhlükəli bir vəziyyət, lyukun qapağının açıq olduğu və ya şaquli vəziyyətdə olmasıdır. Onu təkərlər arasından keçirmək alınmayacaq. Belə bir maneəyə çırpdıqda isə avtomobil ciddi ziyan görəcək - hətta aşa bilər. Ona görə də belə bir lyuku istənilən halda, qəza bahasına olsa da yandan keçmək lazımdır. Yəni başqa bir avtomobili "sürtməklə". Dəmir təmir edilməli olacaq, amma sürücü və sərnişinlər ciddi xəsarət almayacaqlar. Sağlamlıq, bildiyiniz kimi, daha önəmlidir.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh