Banner

Ödənişli yolun sürət həddi qəza təhlükəsinə zəmin yaradarmı? - AÇIQLAMA

Yazarlar 18 Oktyabr 2023 13:09 Oxunub 620
Ödənişli yolun sürət həddi qəza təhlükəsinə zəmin yaradarmı? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilmiş yeni hissəsinin ödənişli olması müəyyənləşdirilib. 129 kilometr uzunluqda olan bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir.

Bəs bunun həmin yolda qəza təhlükəsinin artmasına səbəb olması mümkündürmü?

Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı “MediaPost”a açıqlamasında fikir bildirib.

O qeyd edib ki, yolun sürət fərqi digərlərindən çox fərqlənmir:

alt text

“Sürətin yüksək olması heç bir qəzaya səbəb olmayacaq, çünki bu yol daha rahat və komfortludur. Sürücülərin saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə yola çıxması, yolda qəza şəraiti yaratmaması qayda pozmaması əsas şərtdir. Sürücü sözsüz ki, buna əməl edəcəksə, hər hansı bir qəza da baş verməz. Həmçinin burada sürət digərlərindən çox da fərqlənmir, adi yollarda maksimum sürət 110 km/saat müəyyənləşibsə, bu yol üçün də başqa bir sürət nəzərdə tutulmur, ölkədə icazə verilən maksimal sürət nədirsə, o tətbiq olunacaq. Sadəcə bu yolun üstünlüyü odur ki, sürücülər mənzil başına daha tez çatmış olacaqlar, çünki məsafəsi daha qısadır. Bu, təxminən 20 km-dən artıqdır”.

Ekspertin sözlərinə görə, yolun ödənişli olmasındakı əsas səbəb də daha komforlu və qısa olması ilə bağlıdır:

“Yol yaşayış məntəqələrindən keçmir, kəsişən yollar yoxdur, məhəllədən kimsə çıxıb yola qaçmır. Mal-qara yola çıxmır, piyadalar olmur və birbaşa mənzil başına çatmaq mümkün olur. Ödənişlə bağlı müxtəlif üsullar tətbiq olunacaq və onlayn qaydada ödəniş etmək mümkün olacaq ki, bu da əlçatanlılığı təmin edir. Ödənişli yollar dünyanın bir çox ölkələrində tətbiq olunub. Azərbaycanda da bu, qanunvericiliyin tələbi ilə müəyyənləşdirilən bir məsələdir. Sadəcə alternativ yollarda da normal şərait mütləq yaradılmalıdır ki, insanlar rahat seçim edə bilsinlər”.

Qeyd edək ki, 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh