Ölüm saçan köhnə maşınlar: “Kosmetik cəhətdən gözəlləşdirib…”

Azərbaycanda qeydə alınan nəqliyyat vasitələrinin 45 %-dən çoxunun istehsal ili 20 il və daha çoxdur.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
Maraqlıdır, istehsal ili köhnə olan maşınların yol-nəqliyyat hadisələrində rolu nə qədərdir?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsində, ölüm və xəsarətlərin qeydə alınmasında avtomobilin texniki parametrlərinin rolu yüksəkdir:

"Bu texniki parametrlərin rolu avtomobilin nə qədər istismar olunmasından asılıdır. Azərbaycanda ölüm və xəsarətlə nəticələnən qəzaların təhlili göstərir ki, onların təqribən 70 %-i köhnə avtomobillərin iştirakı ilə baş verir.
Misal olaraq, eyni model avtomobilin 20 il əvvəlki buraxılışı ilə qəza zamanı sürücü ilə birgə avtomobildəki digər şəxslər də ölür. Amma həmin model maşının 5 il əvvəl istehsal olunan versiyası qəzaya uğrayanda bir adamın da burnu qanamır, çünki təhlükəsizlik elementləri aktivdir".
Ekspert vurğulayıb ki, köhnə avtomobillərdə qəza riski böyükdür:
"Üstəlik vətəndaşlar köhnə avtomobillər alan zaman ona çox vaxt texniki cəhətdən qulluq göstərmirlər. Heç kimi məcnur etmək olmaz ki, yeni maşın al, çox adamın buna imkanı çatmır. Amma vətəndaşlar aldıqları maşına texniki qulluq göstərərək onu normal vəziyyətdə saxlaya bilərlər.
Lakin əksər vaxtlar bizdə 8 dəfə qəzaya düşən maşını kosmetik cəhətdən gözəlləşdirib satışa çıxarır və asanlıqla satırlar. İnsanlar da maşını yoxlatdırmadan rahat şəkildə alırlar, bununla da müəyyən problemlər yaranır".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










