«Ölüm yolu»; burada hər il 200 nəfər can verir - FOTOLAR

Şəkillərdə gördüyünüz yol Boliviyadadır və dünyanın ən təhlükəli yollarından biridir. Avtosfer.az-ın məlumatına görə, yolun adı mahiyyətinə uyğundur: «Ölüm yolu». «Ölüm yolu» Boliviyanın şimalını ölkənin paytaxtı ilə birləşdirən yeganə yoldur. Uzunluğu cəmi 70 km olan bu yolu «şöhrətləndirən» onun başlanğıcı ilə sonu arasında təxminən 3300 metr hündürlük fərqinin olmasıdır. Yol dəniz səviyyəsindən 3600 m hündürlükdə başlayır, dəniz səviyyəsindən 330 m hündürlükdə başa çatır. Yol ensiz olmaqla sərt uçurumlardan keçir, çoxlu döngələri, sərt yoxuş və enişləri var. Cəmi 20 kilometri asfaltdır. Qalan hissəsi palçıq və çınqılla örtülüb.
And dağlarının dumanlı, çiskinli yamaclarından Amazon cəngəlliklərinə enən bu yolun tez-tez dumanla örtülməsi, güclü leysanlar onu daha da təhlükəli edir. Bu səbəblərdəndir ki, həmin yolda hər il 25 avtomobil uçurumdan dərəyə düşür. Nəticədə bu yolda hər il təxminən 100-200 adam ölür. «Ölüm yolu»nda ən dəhşətli qəza 24 iyul 1983-cü ildə olub: 100 nəfərdən artıq insanın olduğu avtobus hündür kanyondan dərəyə düşüb. Yolun təhlükəliliyini artıran həm də odur ki, bu yolda qəzaya düşərək xəsarət almış insanı xəstəxanaya aparmaq üçün elə həmin yolla bir neçə saat yol getmək lazım gəlir.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
















