Onlardan yalnız yük maşını qaydaları pozub – SUALIN CAVABI
Avtosfer.az saytı ötən həftənin sualının cavabını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir; Şəkildə düracağa qoyulmuş 3 nəqliyyat vasitəsi – motosiklet, minik avtomobili və icazə veriln maksimum kütləsi 3,5 tonadək olan yük avtomobili verilib. Onlardan hansının sürücüsü qaydaları pozub?
Avtosfer.az-a ünvanlanan cavabların hər birini təqdim edirik;
Habil - Motoskletin surucusu qaydani pozub
İlqar - Yuk avtomobili qaydani pozub
Vuqar - Maddә 53. Parklanma. Nәqliyyat vasitәlәrinә xüsusi olaraq ayrılan, nişanlarla vә ya nişanlama xәtti ilә işarәlәnәn yerlәrdә parklanmağa icazә verilir.
Zaza - Bu nişan nəqliyyat vasitəsinin duracaq üsulunu göstərir.Hər üç nəqliyyat vasitəsi nişana uyğun park edilib.Düzgün cavab heç biri qaydanı pozmayıb
Polad - Yuk masininin surucusu qaydani pozub.
Leyla - Yuk avtomobilinin surucusu qaydani pozub
Faiq - Yük maşını 8.6.6-nın tələblərini pozub. Bu nişana görə, burada yalnız minik avtomobilləri və motosikllər park edə bilərlər
Nadir - Avtomobilerin ucude duzgun park etmeyib. Onlar sekinin giraginda duz park ede bilerler ancaq .
Rahib - Heç birinin sürücüsü qaydaları pozmayıb. Hər üç avtomobil düzgün park edib.
Arzuman - Heç bir avtomobil sahibi pozmayıb
Zahir - Hər üç nəqliyyat vasitəsi piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə dayanıblar.Hər üçü qaydanı pozub
Selaheddin - Tebbiki sehf parklamadadı yük maşınının saxlaması düzgün deyil
Şahid - Yük avtomobili pozub
Xazar - Yuk avtomobili pozub
Elçin - Hec biri pozmayib
Arzu - Duracaga qoyulmush n.v-den icaze verilen maksimum kutlesi 3,5t-dek olan yuk avtomobili surucusu qaydani pozub. Beleki, 7.6.6 lovhesi ancaq minik avtomobilleri ve motoskletlerin sekide ve seki kenari duracaga parklanma usulunu gosterir. Icaze verilen maksimum kutlesi 3,5t-dek olan yuk avtomobillerine bu lovhenin tesiri sahesinde durmaq qadagandir.
Fərman - Salam . Yuk masinı tam olaraq qayda pozuntusu edir. Saxmalaqa icaze yoxdu
Ziyafer - Motosiklet ve yuk mashini qaydani pozub. parking yalniz minik mashinina aiddir.
Huseyn - Yuk avtomobili pozub
Leyla - Yük mawinş
Kamran - Dayanacaqda duran yuk masini. Orada parkovka yuk masinlarina aid deyil
Vusal - P isaresi duracaq yerialtindaki masin isaresi ise neqliyyat vasitesinin duracaqa qoyulma usulun gorsedir.sekildende gorunduyu kimi her 3 neqliyyat vasitesi duracaq olan yerde duracaqa qoyulma isaresine riayet etmekle dayaniblar.Fikrimce hec biri pozmayib.
İndi isə facebookdan gələn sualların cavabları ilə tanış olaq.
Vusal Imanov – P isaresi duracaq yeri altindaki masin isaresi ise neqliyyat vasitesinin duracaqa qoyulma üsulun gorsedir. Sekilden de gorunduyu kimi her 3 neqliyyat vasitesi duracaq olan yerde duracaqa qoyulma isaresine riayet etmekle dayaniblar. Fikrimce hec biri pozmayib.
Leyla Şükürova – Yük mawini
Vusal Imanov – Leyla, yuk masini ucun qadaqan edici isare qoyulmayib axi
Şahid Qedirli - Yuk avtomobili pozub
Samir Hasanov – Yuk mashini ve motosiklet duz dayanmayiblar.
Ehmed Aliyev - Mence yuk mawini Qaydalari pozub 3.5 ton az ve ya cox olmagindan asili olmayaraq.
İsmayil Memmedeliyev - Ancag minik avtomobili duzgun saxlayib
Göründüyü kimi, suala verilən cavablar müxtəlif və fərqlidir. Lakin yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, suala doğru və ətraflı cavabı Arzu verib. Arzunun cavabını bir daha təqdim edirik;
Duracaga qoyulmush nəqliyyat vasitəsindən icaze verilen maksimum kutlesi 3,5 tonadek olan yuk avtomobili surucusu qaydani pozub. Bele ki, 7.6.6 lovhesi ancaq minik avtomobilleri ve motoskletlerin sekide ve seki kenari duracaga parklanma usulunu gosterir. Icaze verilen maksimum kutlesi 3,5t-dek olan yuk avtomobillerine bu lovhenin tesiri sahesinde durmaq qadagandir.
Ərşad Hüseynov həmçinin, sualın doğru cavabını da açıqlayıb. Cavab belədir; «Şəkildə 5.15 “Duracaq yeri” nişanı və ona əlavə olunmuş 7.6.6 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” lövhəciyi ilə işarələnmiş duracaq (parklanma) yeri verilmişdir. Yol nişanlarının mənasını təsbit edən 23457-86 saylı DÜİST-in 2.8.10-cü bəndinə əsasən, 7.6.6 lövhəciyi yalnız motosikletlərin və minik avtomobillərinin duracağa qoyulma üsulunu (arxası qismən səkiyə çıxmaqla) bildirir. Bu lövhəciyin qüvvəsi icazə veriln maksimum kütləsindən asılı olmayaraq yük avtomobillərinə aid deyil. Beləliklə, DOĞRU CAVAB belə olacaq: İcazə veriln maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilinin şəkildəki duracaq yerində həmin üsulla duracağa qoyulması qadağan olunduğundan onun sürücüsü qaydaları pozub».
Arzunun nəzərinə; 055 335 15 59 nömrəsinə zəng edib hədiyyə kartınızı götürə bilərsiniz.
Qeyd edək ki, ötən həftədən etibarən Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.
Oxucuların diqqətinə çatdıraq ki, sualın cavabları növbəti həftənin birinci iş günü açıqlanacaq. Suala ilk və doğru, ətraflı cavab verən şəxs mükafatı qazana bilər.
«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]
Öyrənək, öyrədək!