Reklam

"Onların nə dövlətə, nə də millətə xeyri yoxdur"

Yazarlar 6 Dekabr 2020 13:55 Oxunub 3284
"Onların nə dövlətə, nə də millətə xeyri yoxdur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

COVID-19:

- Dünən biraz daha çox zaman ayırıb virusla bağlı bəzi məsələləri Azərbaycanda araşdırdım. Yoluxan yoldaşlarla, karantin tədbirlərinə ciddi riayət edən şəxslərlə və yoluxduğuna şübhəsi olanlarla telefonla danışdım.

- İlk olaraq bu son günlərdə problemləri açıq şəkildə sosial şəbəkələrdə yazan vətəndaşlarımıza təşəkkür edirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, problemlər onların dediyi kimidir və çox ciddidir.

Problemin mənim üçün bir çox səbəbləri olsa da, iki vacib səbəbini hələlik qeyd etmək istəyirəm:

1. Müvafiq cavabdehlik daşıyan səhiyyə qurumları arasında olan ciddi koordinasiyasızlıq. Bu insanlarda ciddi inamsızlıqdan başqa artıq ciddi narazıçılıqlara da səbəb olur.

2. Digər ən böyük problem və təhlükələrdən biri isə bəzi gənc, xaricdə təhsil almış (və ya kurs keçmiş), xarici dil öyrənib özünü savadlı sayan Vətənə dönən həkimlərdir. Onlar Vətənə döndükdən sonra tez bir zamanda özünü ağıllı və gənc qələmə vərən, idarəçilikdə təmsil olunan bəzi “həkimlərin” yanında özlərinə yer tuturlar və onlara ağıl vermək mövqeyini seçərək özlərini əvəzolunmaz sanırlar. Əslində isə elə o idarə edə bilməyənlə onun yanında duran xaricdə təhsil alan eyni şeydir. Onların nə dövlətə, nə də millətə xeyri yoxdur. 

Yeri gəlmişkən onu da qeyd edim ki, xaricdə təhsil almaq, xarici dil bilmək insana dəyər qata bilər, amma onun şəxsiyyətində olan keyfiyyətlərə, Vətənə və millətə olan sevgisində heçnə dəyişmir. Azərbaycanda tanıdığım yüzlərlə insan var ki, ölkədən çıxmaq sadəcə qismət olmayıb, indi bu o demək deyil ki, ölkədən çıxa bilən çıxmayandan savadlıdır.

Bir də o kəslərə səslənərək demək istəyirəm ki, ölkədən illər öncə Türkiyəyə və digər ölkələrə gedən ilk tələbələr və ilk məzunlar var idi, sonradan döndülər və Azərbaycan tibbini göylərə qaldırdılar. Bir başa millətin sağlamlığının keşiyində durdular, əvvəllər öləcək adamları ölməyə qoymadılar və daha nələr nələr. Baxın, nümunə götürün və özünüzə çəki düzən verin, yoldaşlar!

- Sonda isə müvafiq orqanların koordinasiyasızlığını görməməzlikdən gələn və bütün günahı millətin “imkansızlığına”, “kasıbçılığına” bağlayan bir qrup şəxslərə də demək istəyirəm ki, doğruları demirsiniz. Ən azından bir neçə gün öncələrə baxsanız görərsiniz ki, bu millət sizin dediyiniz “imkansızlığı”, “kasıbçılığı” ilə necə bir olmağı bacardı, lazım olsa özü “ac” qalıb ön cəbhəni düşündü. İndi həmin millət yeri gəlsə ölkənin stabilliyi, insanların sağlamlığı üçün yenə bir olar, evdə qalar, biraz az qazanar və az yeyər. Sadəcə düzgün, dürüst və açıq danışılmalıdır, izah edilməlidir. Amma hələ də ciddi problemlər varsa deməli müvafiq qurumlar bunu bacarmır, koordinasiyasızlıq millətin inamını və güvənini itirir. 

#ÖzünüzüQoruyun

ŞƏRH YAZ
Ad

E-mail

Şərh