Parklanma qiymətləri illik olacaq? - VACİB AÇIQLAMA

Bakıda avtomobil sahiblərinin narazılıq mövzusuna çevrilən “park etmə haqqı” məsələsi ilə bağlı yeni təkliflər gündəmə gəlir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu haqqın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödənişə çevrilməsi təklif olunur.
Bəs bu ideya nə dərəcədə realdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Konkret.az"a açıqlamasında bildirib ki, Azərbaycanda “park etmə haqqı”nın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödəniş formasına keçirilməsi hazırda mümkün deyil.
Ekspertin sözlərinə görə, parklanma qiymətləri yerindən asılı olaraq dəyişir və bu səbəbdən illik ödəniş mexanizmini tətbiq etmək çətindir:
“Parklanma fərqli yerlərdə fərqli qiymətədir. İnsan öncədən təxmin edə bilməz ki, ildə nə qədər və harada avtomobilini park edəcək. Ona görə də illik ödənişin müəyyənləşdirilməsi real görünmür.”
Mustafayev qeyd edib ki, park yerlərinin pullu olması bəzi sürücülər tərəfindən narazılıqla qarşılanıb, lakin məqsəd əlavə gəlir toplamaq deyil, boş parklanma yerlərinin təşkilidir.
“Əvvəllər bir vətəndaş avtomobilini səhərdən axşama qədər eyni yerdə saxlayır, qarşılığında qeyri-leqal çalışan şəxsə cüzi məbləğ verirdi. Nəticədə isə başqa bir vətəndaş qısa müddətli iş üçün yer tapa bilmirdi. İndi isə sürücülər düşünür ki, minimum xərclə maşını park etsinlər. Bu da əlavə yerlərin yaranmasına səbəb olur.”
Ekspert əlavə edib ki, bəzi ərazilərdə yer tapmaq çətin olduğu üçün qiymətlər artırılmalıdır:
“Boş olmayan yerlərdə qiymətləri qaldırmaq lazımdır ki, sürücülər çox pul ödəməmək üçün o yerlərdə maşını uzun müddət saxlamasınlar. Bu halda daha çox sürücü üçün yer açılar və parklanma nizamlanar.”
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












