Parklanma üçün yüksək məbləğlər təyin olunursa... - AÇIQLAMA

Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində aprelin 1-dən qiymətlərin 2,6 dəfəyədək bahalaşacağı barədə anons verilib.
Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ödənişli parklanmayla bağlı qiymətlər getdikcə artması heç kimə sirr deyil: “Dövlətin müəyyənləşdiridiyi ödənişli parklanma yerlərində qiymət qismən ucuz və əlçatandır. Lakin özəl strukturların xüsusilə böyük ticarət mərkəzlərinin parklanma yerlərində isə kifayət qədər yüksək qiymət tətbiq olunur”.

Problemin həlli isə ictimai nəqliyyatdan istifadəni təşviq etməkdir
Ekspert qeyd edib ki, şəhərdə tıxaclarla mübarizə aparmaq üçün parklanma siyəsətinə fərqli yanaşmaq lazımdır: “Nəzərə almaq lazımdır ki, parklanma ödənişləri şəhərin mərkəzində avtomobil sıxlığının olmaması üçün tətbiq edilib. Yəni, şəhər mərkəzinə yaxın yerlərdə işləyən şəxslərin avtomobilini həmin ərazilərdə saxlaması orada sıxlığın yaranmasına səbəb ola bilir. Parklanmaya ödəniş etmək istəməyən vətəndaşlar öz avtomobillərini binaların həyətində, parklanma üçün münasib olmayan yerlərdə saxlayırlar. Nəticədə daha çox problem yaranır, sıxlıq artır. Maşın sıxlığı yollardan bina həyətlərinə yönəldilir. Bizim isə istəyimiz odur ki, vətəndaşlar həm piyada qismində, həm də sürücü qismində rahat şəraitlə təmin olunsunlar”.
Elməddin Muradlının sözlərinə görə, problemin həlli isə ictimai nəqliyyatdan istifadəni təşviq etməkdir: “Parklanma üçün yüksək məbləğlər təyin olunursa, ictimai nəqliyyat üçün də şərait yaradılmalı, onlara xüsusi yollar ayrılmalıdır. Başqa tərəfdən, insanları ictimai nəqliyyata yönəltməzdən öncə, həmin nəqliyyat problemlərini aradan qaldırmaq lazımdır. Bunun üçün avtobusların texniki vəziyyəti və təmizliyinə nəzarət gücləndirilməli, sürücülər diqqətlə seçilməli və.s Bunlar həll edildikdən sonra insanları ictimai nəqliyyata yönəltmə planlarının başladılması daha məqsədəuyğun olar”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










