“Parkovşiklər” polisi və AYNA-nı aldatmağa başlayıb

Bakıda qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN)məlumat verilib. Bildirilib ki, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.
Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, qanunsuz parklanma xidmətinin göstərilməsi ilə bağlı indiyyə qədər hər hansısa bir inzibati məsuliyyət yox idi:

“Qanunsuz parklanma xidmətinin göstərilməsi, qanunsuz parklanma yerinin təşkili və digər məsələlərə görə əvvəllər “parkovşiklər”i cərimə etmək olmurdu. Maksimum 80 manat qanunsuz küçə ticarətinə görə cərimə etmək olurdu. Ancaq hazırda sözügedən şəxslərlə bağlı çox ciddi şəkildə mübarizə aparılır. Belə ki, qanunsuz parklanma yerinin təşkilinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilirlər”.
Onun sözlərinə görə, qanunsuz parklanma yerinin təşkilinə görə cərimələnmə üsülü özünü tam doğrulda bilməyəcək:
“Qanunsuz fəaliyyət göstərən “parkovşiklər”lə bağlı nə qədər mübarizə aparılsa da, onun sayının azalmasına zəmin yaratsa da, ancaq ümümilikdə sayının tamamən azaldılmasına nail olmaq qeyri-mümkündür. Buna səbəb qanunsuz fəaliyyət göstərən “parkovşiklər”ə qarşı polis və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əməkdaşları nisbətən humanist davranmağa çalışmasıdır.
Buna görə də qanunsuz parklanma yerinin təşkil edənlərin kökünü kəsmək çox çətin məsələdir”.
Ekspert qeyd edib ki, bəzi “parkovşiklər” sarı jiletdən istifadə etmirlər:
“Qanunsuz parklanma yeri təşkil edən şəxslərə qarşı ciddi reydlər keçirildiyindən, onlar müxtəlif üsüllardan istifadə etməklə yenidən fəaliyyət göstərməyə çalışırlar. Belə ki, əvvəllər “parkovşiklər”in əlində qırmızı çubuq və sarı jilet var idisə, hazırda sıradan mülki şəxs geymində fəaliyyət göstərməyə çalışırlar. Ancaq bildirim ki, bu üsülla belə onlar fəaliyyət göstərə bilməyəcəklər. Çünki qanunlar sərtləşir. Hətta təkrar belə hallar baş verərsə, o zaman inzibati qaydada həbs qəti imkan tədbiri belə seçilə bilər”.
(cebheinfo)
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











