Banner

“Parkovşik"lərin bazarı bağlanır - Qayda pozanlar həbs ediləcək

Yazarlar 25 İyul 2024 14:05 Oxunub 714
“Parkovşik"lərin bazarı bağlanır - Qayda pozanlar həbs ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 

"Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib. Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 300-500 manat cərimə edilir. Bu tədbirlər kifayət sayılmadıqda 15 günə qədər müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir. Həmçinin ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilib", - deyə məlumatda qeyd olunub. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, əvvəllər qanunsuz parklanma təşkil edən şəxslərə qarşı inzibati qaydada cəza mexanizmi yox idi:

“Lakin qəbul edilmiş yeni qanundan sonra artıq qanunsuz parklanma təşkil edən şəxslərə qarşı çox ciddi tədbirlər görüləcək. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 300-500 manat cərimə edilir. Bu tədbirlər kifayət sayılmadıqda, 15 günə qədər müddətə inzibati həbs tətbiq olunur. Bu qanunun praktikada özünü necə doğruldacağı hələlik məlum deyil. Çünki indiyyə qədər hər kəs onların qanunsuz fəaliyyət göstərməsini bilirdi. Ancaq ümumilikdə dövlət tərəfindən “azparking” tətbiqinin yaradılması qanunsuz parklanma təşkil edənlərə qarşı öz müsbət tövhəsini verir”. 

Ekspert qeyd edib ki, parklanma pulsuz olduğu günlərdə qanunsuz parklanma təşkil edən şəxslər fəaliyyətə başlayırlar: 

“Axşam saat 22.00-dan səhər saat 07.00-yə qədər parklanmanın pulsuz olduğu zaman “parkovşiklər”dərhal fəaliyyətə başlayırlar. Ümumiyyətlə, parklanma nə zaman pulsuz oldusa, dərhal “parkovşiklər” fəaliyyətə başlayır. Hesab edirəm ki, onlara qarşı ciddi şəkildə tədbir görülməlidir”. 

(Cebhe.info)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh