Paytaxtın adsız küçələrini siz də tanıyın - VİDEO
Yazarlar
27 Avqust 2020 01:34

“Mən sizə gəlmək istəyirəm, hara gəlim? Cavab: Qardaş gəlirsən, Binə Donuzçuluq savxozuna, yolun sağ tərəfində təkər təmirindən içəri məhəlləyə girəndə böyük su çəni görəcəysən. Bax o su çəninin arxasındakı ev bizimdir, qırmızı qapısı olan”.
Bəli, çox təəssüf ki, hər şeyin elektronlaşdığı, sadələşdiyi bir dövrdə yaşasaq da, xüsusən Bakı ətrafı qəsəbələrdəki sakinlər haqqında bunu demək mümkün deyil. Yaşadıqları yerin konkret ünvanının olmaması səbəbindən sakinlər sözün əsl mənasında əziyyət çəkirlər.
Yəqin ki, hər birimiz bu mənzərə ilə azı bir dəfə qarşılaşmışıq. Deyilən yeri gedib tapmaq üçün aranı dağa daşıyırsan, dağı da arana. İndi siz həmin ünvanda yaşayanları bir fikirləşin. Sakinlərin şərti olaraq adlandırdığı “Çöllük”, “Birinci küçə”, “Əsas döngə”, “Daşlı məhəllə” kimi adlar isə sanki toponimi xatırladır.
Məsələ ilə bağlı Əmlak Məsələləri dövlət xidmətindən Baku TV-yə bildirdilər ki, hər hansı küçəyə adın verilməsi onların səlahiyyətinə aid məsələ deyil. Qurum yalnız küçələrin adlarını qeyd olunan bildirişlərin vurulmasını təmin edir. Araşdırma zamanı məlum oldu ki, ünvansız küçələrə ad verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.
Ümidvarıq ki, illərdir ki, öz həllini gözləyən ünvansız küçələr məsələsi də tezliklə öz həllini tapacaq. Axı hər şeyi öz adı ilə çağıranda daha mənalı və hörmətli səslənir. Nəinki dalan, köndələn deyiləndə...
Oxunub : 2116
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ










