Piyada keçidindən istifadə etməyənlərə bəd xəbər - VİDEO

Kifayət qədər piyada keçidlərinin olmasına baxmayaraq, amma piyadaların heç də hamısı bu piyada keçidlərindən istifadə etmirlər. Bu isə sonda onların cərimələnməsilə nəticələnir. Bu dəfə isə başqa bir problem yaranır. Cərimə ödəmək istəyən zaman piyada müəyyən problemlərlə qarşılaşır. Bu gün "qaynar xətt"ə zəng edən Gündüz Məmmədov adlı şəxs bildirdi ki, piyada keçidindən istifadə etmədiyinə görə cərimələnib. Amma 3 gündür ki, banka gedib cəriməni ödəmək istəsə də bu istəyi reallaşmayıb. Ona bankda cərimənin sistemə oturmadığını, bu üzdən də ödəniş edə bilməyəcəyini deyiblər. İndi Gündüz Məmmədovu narahat edən bir məsələ var. Cərimənin ödənməməsi üzündən onun üzərinə faiz gəlməsidir. Tək Gündüz Məmmədov deyil, onun kimi cəriməni ödəyən zaman müəyyən problemlərlə üzləşənlər kifayət qədərdir. Elə paytaxt sakinləri arasında da bu cür hallarla qarşılaşanlara da rast gəldik.
Paytaxt sakini Rəşad Şahverənov deyir ki, “Bir dəfə cərimə olunmuşdum. Getdim ki, pulumu ödəyim, amma ödəyə bilmədim”.
Avtoekspert Azər Allahverənov bildirdi ki, piyadaların cərimələrini ödəmələri üçün sistem tam fəaliyyət göstərməlidir. Piyada cərimə olunduqdan sonra o cəriməni ödəməli və bundan sonra qəbz almalıdır.
Azər Allahverənovun sözlərinə görə, qəbz ona görə əldə olmalıdır ki, sabah hər hansı bir məhkəmədə iş olarsa, o zaman əlində sənəd kimi istifadə etməlidir: “Amma indi bəzən piyadaya belə qəbz vermirlər. Həmçinin bildirirlər ki, texniki səbəblərdən bankda ödəniş etmək olmur, bu belə olmamalıdır”.
Baş Dövlət Yol Polis İdarəsindən isə bildirdilər ki, cərimənin ödəmə müddəti 5 gündür. Qərarın qanuni qüvvəyə minməsi üçünsə, 10 gün nəzərdə tutulur. Belə olan halda piyada 15 gün müddətində cəriməni ödəyə bilər. Əgər cərimələrin ödənməsilə bağlı hər hansı bir problem olarsa, o zaman vətəndaşların Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










