Piyadaları və sürücüləri əziyyətə salan Masazır dairəsi... - Ekspert çıxış yolunu GÖSTƏRDİ

Bakı-Sumqayıt yolunun Masazır dairəsi hər gün sürücülərin əsas narazılıq mövzularından birinə çevrilib. Buradakı yolun təşkilati problemləri, qeyri-səmərəli hərəkət sxemi və piyada keçidlərinin məhdudluğu tez-tez tıxaclara səbəb olur. Sürücülər deyir ki, xüsusən də pik saatlarda Masazır dairəsində hərəkət iflic olur və yolun yükünü daşımaq çətinləşir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Masazır dairəsi ümumi transformasiya olunmalı və fərqli hərəkət iştirakçıları nəzərə alınmaqla yenidən təşkil edilməlidir:

"Orada piyada hərəkəti tam unudulub. Səkilər bərbad və davamlı deyil, keçidlər isə məhduddur. Digər vacib məsələ ictimai nəqliyyatın dayanacaqlarının təşkili ilə bağlıdır. İnsanlar rahat piyada keçidindən istifadə edə bilməli və ictimai nəqliyyata əlçatanlıq təmin olunmalıdır. Bu işlər qabarıq şəkildə görülməli, dayanacaq, giriş və çıxış yerləri aydın olmalı və rahatlıq təmin edilməlidir. Sonradan fərdi nəqliyyatın hərəkəti nəzərə alınaraq yeni nişanlama təşkil olunmalıdır. Belə olduqda dairə və ətraf infrastruktura yenidən formalaşmış olacaq".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












