“Pulu şəxsən Rəqasanəyə və ərinə vermişəm” deyilirsə, Fazil Əmiraslanov niyə həbs olunmur?

“Vətəndaş ittiham irəli sürə bilər, amma məhz istintaq orqanı müəyyən edib ki, pulu alan Rəqsanə İsmayılovadır, yoxsa əri..."
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a vəkil Emil Aslanov deyib.
Onun sözlərinə görə, istintaq orqanı əməldə cinayət tərkibinin olduğunu sübut edərsə, daha sonra Fazil Əmiraslanov saxlanıla bilər:
“Vətəndaş ittiham irəli sürə bilər, amma məhz istintaq orqanı müəyyən edib ki, pulu alan Rəqsanə İsmayılovadır, yoxsa əri. İstintaq orqanı onun ifadəsini alıb sərbəst buraxıbsa, deməli, Fazil Əmiraslanov bu işdə şahid qismindədir. Yəni təqsirləndirilən şəxs deyil.
Təqsirləndirilmiş olsaydı, güman ki, bu qədər külli miqdarda məbləğə görə o da həbs olunardı. İstintaq orqanı müəyyən edir ki, doğrudan da bu əməldə cinayət tərkibi var, yalnız bundan daha sonra həmin şəxs saxlanılır.
Bununla bərabər, Verilən məlumatın doğru olub-olmaması yoxlanılır. Əgər sübuta yetirilsə ki, doğrudan da pul alınıb və əməldə dələduzluq tərkibi var, o zaman istintaq cinayət işi başladır. İstintaq tədbiri olaraq da, qətimkan tədbirləri seçilir. Əlavə olaraq, həbs qətimkan tədbirinin seçilməsinə zərurət varsa, məhkəməyə çıxarılır və həbs qətimkan tədbiri seçilir”.
Vəkil qeyd edib ki, vətəndaşın özü ilə bağlı əssasız ittihama qarşı cinayət işi açdırma hüququ var:
“Əgər şəxs heç bir əsas olmadan şikayət edirsə və istintaq orqanı müəyyən edirsə ki, şikayət əsassızdır və şər-böhtandır, təbii ki, bu halda ittiham olunan şəxs Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan atma) ilə cinayət işi açdırma hüququ var. Çünki burada şəxsə böhtan atılıb, onun şərəf və ləyaqətini açaldıb və ağır cinayətdə ittiham edib”.
Xatırladaq ki, Rəqsanə İsmayılovadan şikayətçi Gündüz Məmmədovdur. O, videomüraciətində bildirib ki, pulu müğənni və onun ərinə şəxsən özü verib. Söhbət 520 min dollar və 35 manat dətərində zinət əşyalarından gedir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










