"Qadın maşını", "kişi maşını" nə üçündür? – EKSPERTDƏN MARAQLI AÇIQLAMALAR

Cəmiyyət arasında bəzən avtomobillərə "qadın maşını" və ya "kişi maşını" kimi qeyri-rəsmi kateqoriyalarla yanaşılır.
Bəs bu təsnifat nə dərəcədə məntiqlidir? Avtomobili cinsə görə bölmək hansı düşüncədən qaynaqlanır və bu stereotiplər hələ də davam edirmi?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Eldəniz Cəfərov “Baku.ws”ə bildirir ki, əvvəllər bu cür yanaşma doğrudan da müşahidə olunurdu:
"Əvvəllər belə bir ayrı-seçkilik var idi – qadınlar daha çox qırmızı, kişilər isə qara rəngli maşınlara üstünlük verirdilər. Amma son illərdə bu yanaşma demək olar ki, aradan qalxıb. İndi artıq bu məsələdə hər kəs bərabər hüquqludur və avtomobil seçimi əsasən şəxsi zövqə, funksionallığa və qiymətə əsaslanır", – deyə ekspert qeyd edib.
Ekspertə görə, ölkəmizdə sürücülərin əsas meyarı avtomobilin dözümlülüyü və qənaətcilliyidir:
"Azərbaycanda vətəndaşlar daha çox dözümlü, uzunömürlü və az yanacaq sərf edən avtomobillərə üstünlük verirlər. Təəssüf ki, təhlükəsizlik məsələləri çox zaman ikinci planda qalır. Halbuki avtomobil seçərkən ən vacib məqam məhz təhlükəsizlik olmalıdır", – deyə Eldəniz Cəfərov vurğulayıb.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










