Qanunla taksi sürücüləri necə saat işləməlidir? - MARAQLI CAVAB

“Azərbaycanda taksi sürücülərinin iş qrafiki qanunvericiliklə tənzimlənir. Mövcud qaydalara əsasən, taksi sürücüləri gündəlik maksimum 8 saat işləyə bilərlər. Bu müddətdən artıq fəaliyyət göstərməyə icazə verilmir”. Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Konkret.az”a açıqlamasında deyib.
“Taksi fəaliyyəti göstərən şirkətlər və onlara bağlı operatorlar da proqram təminatı vasitəsilə bu qaydanın icrasını təmin edirlər. Sürücü gün ərzində 8 saatlıq limiti keçdikdə, onun platformada fəaliyyət göstərməsi texniki olaraq məhdudlaşdırılır, hesabı deaktiv olunur və qeydiyyatdan keçə bilmir.
Mütəxəssis bildirir ki, bu qaydaların tətbiqi sürücülərin sağlamlığını və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
“Çünki uzunmüddətli iş rejimi yuxusuzluq, fiziki və psixoloji yorğunluq, əsəbilik kimi hallarla müşayiət oluna bilər. Bu isə nəinki sürücünün sağlamlığına, eyni zamanda sərnişinlərin təhlükəsizliyinə də ciddi risk yaradır. Gərgin və nəzarətsiz iş qrafiki qəzalara, sərnişinlərlə konfliktə və digər arzuolunmaz hallara səbəb olur”.
Ekspert bu tələbin sərt şəkildə qorunmasının vacibliyini vurğulayır və sürücülərin həm fiziki, həm də psixoloji baxımdan istirahətinə xüsusi diqqət yetirilməsini tövsiyə edir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












