Qarabağ qazilərinin adından yenə çirkin məqsədlər üçün istifadə olunur - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda lazımi standartlara cavab verməyən və barəsində agentliyə şikayətlər daxil olan marşrut xətləri üzrə avtobusların dəyişdirilməsi prosesi həyata keçirilir. Belə ki, fəaliyyəti tələblərə cavab verməyən daşıyıcılar dəyişdirilir. Əldə etdiyimiz məlumata görə, bəzi şəxslər bu prosesə qarşı çıxmağa çalışırlar. Tələblərə cavab verməyənlər fəaliyyətlərini davam etdirmək üçün əlillərin, Qarabağ qazilərinin adından istifadə edirlər. Bildirilir ki, bu cür adamlar Qarabağ qaziləri kimi həssas insanlardan öz çirkin məqsədləri üçün istifadə edirlər.

Məsələyə münasibət bildirən nəqliyyat sektoru üzrə ekspert Azər Allahverənov Avtosfer.az-a bildirib ki, sərnişindaşıma fəaliyyətini həyata keçirən avtobuslar hər şeydən öncə təhlükəsizlik tələblərinə cavab verməlidir: “Bu avtobuslardan gün ərzində yüzlərlə insan istifadə edir. Bu isə avtobusların yenilənməsini və təhlükəsizlik tələblərinə cavab verməsini tələb edən bir haldır. Odur ki, daşıyıcı şirkətlər qarşısında qənaətbəxş olmayan avtobus parkının yenilənməsi tələbi qoyulub. Hazırda paytaxtda sərnişindaşıma xidmətlərini həyata keçirən 2 200 avtobus var. Bu il 300 avtobusun da gətirilməsi nəzərdə tutulub. Nəticədə avtobus sayı 2500-ə çatıdırılacaq. Lakin bu da tam olaraq tələbatı ödəmir.

Bu gün Bakı ətrafı elə qəsəbələr var ki, ora lazımi sayda avtobus getmir və vətəndaşlar avtobus sayının azlığından, intervalın çoxluğundan gileylənirlər. Bu istiqamətdə işlər həyata keçirilir. İctimai nəqliyyat sektoru birbaşa olaraq aidiyyatı qurumların və ölkə rəhbərliyinin nəzarətindədir. Bir daha qeyd edirəm ki, ictimai nəqliyyatda keyfiyyətin artırılması məsələsi birbaşa aidiyyatı strukturların diqqət mərkəzində olan məsələdir. Bu məsələ ilə bağlı siyasi iradə qətiyyətli şəkildə ortadadır. Odur ki, burda hər hansı subyektiv yanaşmalar, müdaxilələr, qarşısı alma hallarının olması yolverilməzdir. Çünki ortada olan məsələ sərnişinlərin təhlükəsiz şəkildə daşınmasıdır. İnsan həyatı isə bütün maraqlardan üstündür. İstənilən halda sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlər öz fəaliyyətlərini BNA-nın qoyduğu tələblərə cavab verəcək tərzdə təşkil etməlidirlər”. Avrosfer.az-ın əldə etdiyi məlumata görə, qazilərin adından istifadə olunması halı 198 nömrəli marşrut xətti ilə bağlı da baş verib. Bu marşrut xətti üzrə daşıyıcı “Grand BUS” MMC-dir. MMC-nin direktoru Hənifəyev Əlibala Adil oğlu heç bir zaman Qarabağ döyüşlərində iştirak etməyib. Atası daim vəzifələrdə olan bu şəxs dövlətin siyasətinə qarşı çıxır, özü də bu zaman qazilərin adından istifadə edir.
Emin
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO






















