Qarlı Bakıda fantastik qəza sayı: Nəyi səhv etmişik? - AÇIQLAMA

Bu il fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, qarlı havaya görə 1500-ə yaxın avtomobilə 1 mln. manatadək ziyan dəyib.
Belə hadisələrin təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, soyuq havalarda belə hadisələrin baş verməsi normaldır:
"Neçə vaxtı belə şaxta, qar, buz görmürük. Ona görə belə hadisələrə çox alışmamışıq. Sürücülər uzun müddətdir şaxtalı havada avtomobil idarə etmirlər. Yolların buz bağlaması, eyni zamanda avtomobillərdə olan bəzi problemlər, qış təkərlərinin dəyişdirilməməsi və.s hamısı ümumi təsir göstərən amillərdir. Nəticədə belə qəzalar baş verir. Statistikadakı rəqəmlər kifayət qədər ciddi rəqəmlərdir. Hazırda hava artıq düzəldi, həyat normasına qayıtdı. Amma bu cür havalara hazır olmalıyıq. Hər bir halda təkərləri dəyişməliyik. Təcrübəsi az olan sürücülər avtomobil idarə etməsinlər. Eyni zamanda müvafiq qurumlar yola vaxtında qum, duz səpsinlər, qarı təmizləsinlər. Qaydalara, tələblərə əməl olunsun ki, belə hadisələr daha az olsun. Amma nə etmək olar ki, uzun müddətdir qar da yağmırdı və vətəndaşlar da, sürücülər də yadırğamışdılar".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












