Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? - AÇIQLAMA

Son zamanlarda bəzi vətəndaşlara “Sima” tətbiqindən piyada keçidindən istifadə qaydalarını pozduğuna görə cərimə bildirişinin gəldiyi iddia olunur. Onlar bildirirlər ki, yolda heç bir polis tərəfindən buna görə saxlanılmayıblar. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Ajans.az”a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb.
O, bildirib ki, kamera vasitəsilə piyadaların cərimələnməsi təcrübəsi ölkəmizdə yoxdur:
“Azərbaycanda piyadanın qayda pozuntusunu əgər dövlət yol-patrul xidmətinin əməkdaşı görürsə cərimələyə bilər. Və yaxud da ki, post-patrul xidmətinin əməkdaşı gördükdə də cərimələyə bilər. Amma kamera vasitəsilə belə bir təcrübə yoxdur”.
“Mənim bundan xəbərim yoxdur açığı. Heç görməmişəm “Sima” tətbiqindən elə bir bildiriş gəlsin. Bildiriş belə ola bilər ki, polis yolda saxlayıb cərimə edib. Cərimə ilə bağlı bildiriş də tətbiqə gəlib. Bu o demək deyil ki, kamera ilə həmin piyadanı çəkiblər”, – deyə sonda Eldəniz Cəfərov bildirib.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət etdik. Onlar, bildirdilər ki, ölkəmizdə “Sima” tətbiqi və ya kameralar vasitəsilə cərimə tətbiq olunmur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












