"Qayda pozan sürücülər radar və kameradan daha çox qorxurlar" - AÇIQLAMA

Ötən günlərdə Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verib. Hadisə zamanı yük maşınının körpüdən avtomobilin üzərinə aşması nəticəsində iki nəfər ölüb. Həmin ərazidə eyni hadisə dəfələrlə təkrarlanıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, yük maşınının təxmini sürətini müəyyənləşdirmək lazımdır.

"Sadəcə olaraq, həmin ərazidə sürətin minimallaşdırılması bəzi vasitələrlə məcburi edilməlidir. Asfalt üzərində çıxıntılar və süni maneələr yaradılaraq sürücülərin sürəti azaltması təmin olunmalıdır. Həqiqətən də, bu ərazidə ilk yol-nəqliyyat hadisəsi deyil. Dəfələrlə orada qəza halları baş verib. Ərazidə radar qurğusunun quraşdırılması da müəyyən nəticələr verə bilər, çünki sürücülər radardan qayda və cəzadan daha çox qorxurlar. Ümumilikdə götürdükdə, orada nişanlar mövcuddur, sərt döngə olduğunu bildirən işarələr vardır. Sadəcə həmin işarələrə əməl edilməlidir".
Ekspert qeyd etdi ki, qəza baş verən ərazidə yalnız yol qaydaları deyil, yükdaşıma qaydaları da ciddi şəkildə pozulub.
"Yük düzgün qablaşdırılmayıb və bərkidilməsi açıq qalıb. Bu məsələlər araşdırılmalıdır: yük haradan gəlir, haradan yüklənib, niyə qaydalar pozulub və bərkidilmə hissəsi niyə açıq qalıb? Cavab gözləyən çoxlu suallar mövcuddur. Mən ümid edirəm ki, istintaq orqanları bu sualları cavabsız qoymayacaq”, - deyə müsahibimiz yekunlaşdırdı.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












