Qayda pozub təhlükə yaradan piyadalar üçün cərimələr artırıla bilər - Ekspert

"Piyadalarla bağlı əvvəllər həyata keçirilən nəzarət profilaktik təbdirlər sonradan səngidi. Elə bunun nəticəsidir ki, onlar yol hərəkəti qaydalarını daha çox və kütləvi şəkildə pozmağa başladılar. Tez-tez piyadaların iştirakı ilə baş verən qəzaların şahidi oluruq. O baxımdan nəzarət-profilaktik tədbirlər yenidən gücləndirilməlidir. Ciddi şəkildə nəzarət tədbirləri görülməlidir".
Bu sözləri metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, hətta cərimə sanksiyalarının artırılmasına da ehtiyac var.
"Çünki bəzi piyadalar 20 manatlıq cəriməni görməzdən gəlirlər, heç sayırlar. Elə bir davranış nümayiş etdirirlər ki, hiss edirsən ki, bu onlara heç bir təsir göstərmir. Ona görə də profilaktik təbdirlərlə yanaşı, cəza mexanizmi də mütləq sərtləşdirilməlidir. Bu kimi hallar effekt verə bilər. İnsanlar şüurlu şəkildə başa düşməlidilər ki, svetoforun qırmızı işiğı yanırsa, hərəkət etmək olmaz. Bu işıq, hərəkəti qadağan edir. Bunu anlamalıdırlar. Məsuliyyətsizlik hədsiz dərəcədə artıb. İnsanlar doğurdan da öz həyatlarına layeyd yanaşırlar".
Ekspert qeyd edib ki, piyadalar arasında maarifləndirmə işləri kifayət qədər aparılıb.
"Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, dəyişiklik yoxdur. Deməli, sözlə nəyəsə nail ola bilmədik. Ona görə də, bunu əməldə tətbiq etmək lazımdır. Bu məsələ ilə bağlı bir çox müzakirələr gedir. Milli Məclisdə də bu məsələyə dair müzakirə olub. Ümumi fikir ondan ibarətdir ki, cərimə sanksiyaları artırılmalıdır. Mütəmadi olaraq mexanizimlər işlək vəziyyətdə tətbiq edilməlidir. Bu gün deməzdim ki, tam ciddi nəzarət var. Ona görə də piyadalar bundan istifadə edirlər. Bu səbəbdən də son zamanlar qəzalar artıb və ölüm halları qeydə alınıb".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












