Qırmızı Körpüdə bizimkilər niyə incidilir? – “Gürcülər istəyir ki...”

“Gürcüstan Baş naziri İrakli Kobaxidze bu barədə açıqlama verdi və bildirdi ki, sərhəddə yaranan çətinlik texniki problemlərlə bağlıdır. Əslində, bu məsələnin dərinliyində tamam başqa faktorlar dayanır. Tbilisi Azərbaycan və Ermənistan arasında açılacaq kommunikasiya xətlərinə görə ciddi narahatdır”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli deyib.
Qeyd edək ki, Azərbaycan sürücüləri Gürcüstan sərhədində sentyabr ayından sistematik gecikmələrlə üzləşirlər. Bəzi yük maşınları aylardır gömrükdən keçə bilmir. Bir çox analitik Tbilisinin bu yanaşmasını quru sərhədlərin bağlı olması ilə əlqələndirir.
N.Cəfərlinin sözlərinə görə, TRIPP layihəsi işə düşərsə, bu, Tbilisinin divitentlərini azaldacaq:
“Gürcüstan 30 ildir kommunikasiya xətlərini, bir növ, inhisara salmışdı. Orta Asiyadan, Azərbaycandan və hətta Rusiyadan gəlib-gedən bütün yük daşımaları Gürcüstan ərazisindən keçirdi. Gürcülər bundan böyük gəlir əldə edirdi. İndinin özündə Hər yük maşının Gürcüstan ərazisinə tranziti büdcəyə 360 lari (226 manat) pul gətirir. Həm də Gürcüstan sərhədini gnlük 3-4 min avtomobil keçir”.
Ekspert vurğulayıb ki, rəsmi Tbilisi üstünlük qazanmaq istəyir:
“Qonşu ölkədə Sarp keçid məntəqəsindən Qırmızı Körpüyə qədər struktur qurulub və 20-25 min nəfər orada çalışır. Söhbət yol boyu fəaliyyət göstərən atomobil təmirçilərindən tutmuş, hotel və restoranlara qədər bütün xidmət sektorlarından gedir. Rəsmi Tbilisi düşünür ki, kommunikasiyalar açılacaqsa, həmin infrasturkturun taleyi necə olacaq. O istəyir ki, TRIPP-in açılsa da, yüklərin bir hissəsi yenə də Gürcüstan ərazisindən keçsin. Hazırda bu istiqamətdə intensiv danışıqlar aparılır”.
N.Cəfərli qeyd edib ki, quru sərhədlərin bağlı olması Tbilisidən çox Bakıya zərər vurur:
“Quru sərhədlərin Azərbaycan tərəfdən bağlı olması izaholunmaz dərəcədə absurddur. Azərbaycanın sərhədləri bağlı saxlaması Tbilisidən çox Bakının özünə ziyan vurur. Turizm rəqəmlərinə baxsaq, 2019-cu ildən bəri 2 dəfədən çox azalma var. Bu ciddi zərərlərin qarşısını almağın yeganə yolu quru sərhədlərin açılmasıdır”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











