Qobuda sakinlər yolun bağlanmasından şikayətçidirlər - VİDEO

Abşeron rayonu Qobu qəsəbəsi Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayan sakinlər istifadə etdikləri yolun bağlanmasından narazıdırlar. Baku TV-nin qaynar xəttinə şikayət edən vətəndaşların sözlərinə görə, 3 nömrəli tam orta məktəbin tikintisi ilə əlaqədar olaraq yol ləğv edilib və bu da onlar üçün ciddi çətinliklər yaradıb. Sakinlərin iddiasına görə, 2008-ci ilə qədər həmin ərazidə avtomobil yolu mövcud olub, lakin məktəb tikildikdən sonra yol bağlanıb. Onlara piyada gediş-gəliş üçün yer ayrılsa da, 2025-ci ildən yol ləğv edilib. Nəticədə, sakinlər evlərinə və məktəbə rahat gedib-gələ bilmirlər. Onların sözlərinə görə, təxminən 10 minə yaxın sakin bu vəziyyətdən əziyyət çəkir. Məktəbin tikintisində çalışan iş icraçısı isə hər şeyin layihəyə uyğun aparıldığını və bununla bağlı sənədlərin mövcud olduğunu qeyd edib.
Ətraflı süjetdə:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












