"Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - EKSTRASENSDƏN ŞOK AÇIQLAMALAR

Siyasi proseslər, təbii fəlakətlər, regional və qlobal münasibətlər, eləcə də ölkədaxili hadisələrlə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bu proqnozları bəzən ekspertlər, bəzən isə qeyri-ənənəvi baxış bucağı ilə çıxış edən şəxslər irəli sürürlər. Növbəti il ərəfəsində diqqət çəkən fikirlərdən biri də ekstrasens Zirəddin Rzayevin 2026-cı illə bağlı açıqlamalarıdır. Avtosfer.az xəbər verir ki, Zirəddin Rzayev Musavat.com-a verdiyi proqnozlarda bir sıra rezonans doğuran mövzulara toxunub, daxili siyasi proseslərlə bağlı diqqətçəkən iddia səsləndirib.
Ramiz Mehdiyevlə bağlı məsələyə toxunaraq bildirib ki, onun ardından “iki böyük vəzifəli şəxsin həbs olunacağını” görür. Rzayevin fikrincə, bu həbslər cəmiyyətdə ciddi rezonans doğura bilər.
Zirəddin Rzayev Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi barədə isə pessimist mövqe sərgiləyib. Bununla yanaşı, Azərbaycan–Ermənistan münasibətlərinə toxunan ekstrasens sülh prosesi ilə bağlı daha əvvəl də proqnoz verdiyini xatırladıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Paşinyan və Tramp ilə görüşü bu istiqamətdə ilk addım olub və siyasi baxımdan münasibətlər zamanla normallaşa bilər. Lakin Rzayev hesab edir ki, iki xalq arasında yaranmış dərin psixoloji və mənəvi yaraların sağalması üçün uzun illər lazımdır. Onun fikrincə, təxminən 20 il keçməlidir ki, bu ağrı-acılar bir qədər səngisin və cəmiyyətlər arasında münasibətlər həqiqətən dəyişsin. Siyasi müstəvidə irəliləyiş mümkün olsa da, xalqların bir-birinə münasibətinin tezliklə düzələcəyinə inanmadığını da xüsusi vurğulayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












