Regionlarda yaşayanlara ŞAD XƏBƏR: Avtobuslar kartla ola bilər...

“Bakıdakı “BakıKart” modeli regionlarda da tətbiq oluna bilər”. Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev "Konkret.az"a açıqlamasında deyib.
Ekspert bildirib ki, ümumilikdə nağdsız ödəniş sisteminin bütün ölkə üzrə tətbiqi vacibdir:

“Bir sıra şəhərlərdə bu istiqamətdə addımlar atılıb. Məsələn, Sumqayıtda bu sistem tətbiq olundu, lakin sonradan ləğv edildi. Hazırda Şamaxıda fəaliyyət göstərir. Bu, ölkədə bank kartı ilə ödəniş imkanı yaradan ilk və yeganə sistemdir. Gözlənilir ki, Gəncə və Naxçıvanda da bu növ keçidlər daha tez baş versin. Digər rayonlarda da belə keçidlər gözləniləndir.”
Rauf Ağamirzəyev əlavə edib ki, əsas məsələ bununla yanaşı daşıyıcıların maliyyə dayanıqlığını təmin edən Brutto müqavilələrə keçiddir:
“Bu zaman hər kilometrə görə daşıyıcıya subsidiya veriləcək. Bunun hesabına günlük, həftəlik, aylıq, 6 aylıq və illik bilet paketləri təklif edilər. Həmçinin güzəşt qrupları da bu imkanlardan faydalana bilər. Ölkə üzrə bank kartı ilə ödənişin tətbiqi vacibdir. Bu həm ödəniş baxımından, həm də istifadəçilərin əlavə kart daşımaq zərurətini aradan qaldırmaq baxımından daha rahat olar.”
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












