Rəng tanımayan sürücülər yollarda qəza şəraiti yaradırlar - Daltonizm xəstəliyi

Daltonizm - rəng korluğu olan insanlar rəngləri və ya rənglər arasındakı fərqləri ayırd edə bilmirlər. Belə insanlar qırmızı və yaşıl kimi rəngləri tez-tez qarışdırırlar. Əslində, rəng korları rəngləri görürlər, lakin bəzi rəngləri zəif gördükləri üçün rəngləri bir-birindən ayırd edə bilmirlər. Ümumiyyətlə, qırmızı, mavi və yaşıl rəngləri ayırd etmək xüsusilə sürücülər üçün böyük problemdir. Lakin ölkəmizdə daltonik sürücülərin sayı kifayət qədərdir. Xüsusən, işıqforda belə sürücülər özlərini ələ verirlər. Bu isə qəzaları qaçılmaz edir.
Nəqliyyta məsələləri üzrə ekspert Elməddin Muradlı pravda.az-a açıqlamasında deyib ki, sürücülərin tibbi müayinə məsələsi yalnız ilk dəfə sürücülük vəsiqəsi alanda həyata keçirilir:
Avtosfer.az" src="https://avtosfer.az/upload/news/1419658.jpeg" />
“Bir də 60 yaşdan sonra 70 yaşadək. Həmçinin 70 yaşdan sonra sürücülər hər iki ildən bir müayinə edilirlər. Bu problemlər o zaman ortaya çıxır. Rəngləri qarışdıran və bu kimi problemləri olan sürücülərlə ciddi maraqlanmırlar, bu məsələyə münasibət ciddi deyil. Bu da səhiyyə ocaqlarının məlum vəziyyətinin nəticəsidir. Çox təəssüflər olsun... Düşünürəm ki, sürücülərin tibbi müayinə məsələsini hansısa formada yenidən gündəmə gətirməliyik. Məsələ öz həllini tapmalıdır. Sürücülük vəsiqəsi dəyişilərkən tibbi müayinə mütləq tələb olunmalıdır. Əvvəlki kimi rüşvətlə, korrupsiya ilə deyil, ciddi şəkildə tələb qoyulmalıdır ki, nəticəsi olsun. Sürücü formal olaraq 50-100 manat verib sağlamlıq arayışı ala biləcəksə, bunun heç bir effekti olmayacaq. Sürücünün sağlamlığında problemi varsa, rəng seçə bilmirsə, sükan arxasında yatırsa, narkomandırsa, ürək xəstəliyi varsa, bu insan artıq sürücü olmamalıdır. Amma təəssüf ki, bizdə belələri var”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












