Restoranlarda verilən qurbağa əti ilə bağlı - AÇIQLAMA

“Qurbağa əti kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var - iqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Qastro Turizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib.
O, son zamanlarda ölkədəki restoranlarda qurbağa ətinin verilməsini şərh edərkən qeyd edib ki, bu kimi qidaların ictimai iaşə müəssisələrində təklif edilməsi texnologiya ilə bağlıdır: “Ənənəvi qastronomika artıq dəyişib. Bu da aşpazların trendləridir. Qurbağa əti bir çox ölkələrin milli mətbəxidir. Lakin burada iqlim əsas şərtdir. Eyni zamanda genetik uyğunluq və davamlılıq da önəmlidir.Tələbata uyğun olaraq restoranlar məmnunluğu təmin edir”.
Xatırladaq ki, bir müddətdir gündəmdə olan bu məsələ ilə bağlı həkimlər bildiriblər ki, qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












