"Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb" - Osman Gündüz

"Azərbaycan Rusiyanın informasiya kəşfiyyatına qarşı açıq mövqe sərgiləyir. "Sputnik Azərbaycan"da çalışan iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəli olduğu iddiası və onların saxlanılması, Bakının artıq ölkə daxilində Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsinə keçdiyini göstərir. Çox ciddi hadisədir".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O bildirib ki, bu hadisəni, xarici ölkənin media əməkdaşlarının saxlanılması kimi dəyərləndirmək doğru olmazdı.
"Bu, həm də hibrid savaş aləti kimi istifadə edilən informasiya kanallarına qarşı yönəlmiş strateji bir cavab addımı kimi görünür. Ehtimal olunur ki, həmin şəxslər Azərbaycanda ictimai rəyə təsir göstərmək, siyasi proseslərə yön vermək və ya daxili sabitliyi pozmaq məqsədilə informasiya əməliyyatları həyata keçirmək üzrə təlimatlandırılıblar. Bu həm də beynəlxalq ictimaiyyətə yönəlik bir mesajdır ki, xarici ölkənin kəşfiyyatına qarşı addımlar atılıb", - deyə O.Gündüz qeyd edib.
Onun sözlərinə görə, hadisə, həmçinin, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin hədsiz yüksək olmasını göstərir:
"Xüsusilə də, regional geosiyasi dəyişikliklər fonunda Bakı öz informasiya təhlükəsizliyi və suverenliyini daha sərt şəkildə qorumağa başlayıb. Görünən odur ki, təyyarəmizin Rusiya tərəfindən vurulmasından, həmçinin soydaşlarımıza qarşı aparılan qətllərdən və zorakalıqlardan sonra Rusiya Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub. Düşünürəm ki, Azərbaycanın öz milli informasiya məkanını qoruması və xarici kəşfiyyata qarşı mübarizə istiqamətindəki addımları təqdirəlayiqdir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












