Rusiyanın azərbaycanlılara qarşı qeyri-insani rəftarı: Məqsəd nədir? - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı aparılan əməliyyatda qeyri-insani zorakılıq halları müşahidə olunub. Rus Federal Təhlükəsizlik Xidməti (FSB) fevralın 27-də səhər tezdən azərbaycanlıların yaşadığı mənzillərə basqın edib. Nəticədə, 9 nəfər saxlanılıb, 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə şəxs ağır xəsarət alıb. Hadisə Azərbaycanda haqlı narazılıq yaradıb. Avtosfer.az xəbər verir ki, hüquqşünas və siyasətçi ekspertlərin sözlərinə görə, bu hücumlar Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsidir. Üstəlik, Rusiyada miqrantlara və müsəlmanlara qarşı aparılan siyasətin artıq repressiya mərhələsinə keçdiyi vurğulanır. Politoloq Tural İsmayılov qeyd edir ki, bu, son bir ildə azərbaycanlılara qarşı Rusiyada baş verən ilk insident deyil. 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə bağlı da Rusiyanın adekvat reaksiyası olmayıb, hüquq-mühafizə orqanlarının susqunluğu narazılığı artırıb. Azərbaycan Xarici İşlər Nazirliyi hazırladığı bəyanatda Yekaterinburq reydi ilə bağlı "təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını" tələb edib. Həmin gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb. Rusiyanın XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, əməliyyat əvvəllər törədilmiş cinayətlərlə bağlı istintaq çərçivəsində həyata keçirilib və bu işlə bağlı məlumatları Rusiyanın Araşdırmalar Komitəsi yaxın günlərdə açıqlayacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












